Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15213
az

Qiyamət əzabı kimlər üçündür?

21:1603 İyul, 2019
787
CƏMİYYƏT
  • A
Təbərsi "Məcməul-bəyanda" yazır ki, Məaz ibni Cəbəl bir gün Peyğəmbərin (s) yanında əyləşmişdi. Birdən Məaz Həzrətə (s) deyir: "Ya Rəsulallah!". Sonra is bu ayəni təlavət edir: "Sura (üçüncü dəfə) üfürüləcəyi gün siz (qəbirlərdən çıxıb haqq-hesab olunmaq üçün) dəstə-dəstə gələcəksiniz". ("Nəbə" 18).

"Mənə bu ayədən xəbər verin". Həzrət (s) buyurur: "Ey Məaz! Ən böyük məsələ haqqında soruşdun". Peyğəmbər (s) ağlayır və buyurur: "Ümmətindən on qrup dəstə-dəstə məhşur olarlar. Allah onları müsəlman ümmətindən ayırmışdır. Onların üzləri çox dəyişmişdir.

1. Bir qrupun üzü meymun kimi olacaqdır.

2. Bir qrupun üzü donuz kimi.

3. Bəzilərinin ayaqları yuxarıda və üzləri aşağıda olar və üzləri ilə məşhərə gələrlər.

4. Bəziləri kor olacaq və bu cür gedib-gələcəklər.

5. Bəziləri isə laldırlar.

6. Bəziləri dillərini çeynəyərlər. Ağız suları axmağa başlayar və Qiyamət əhli onları çirkin hesab edər.

7. Bəzilərinin əlləri və ayaqları olmaz.

8. Bəziləri atəşli ağaca asılmış halda olarlar.

9. Bəziləri murdardan da çox iylənmiş olarlar.

10. Bəzilrəinin əyninə qurğuşundan libas geyindirərlər ki, bütün bədənləri onunla örtülmüş olar. Bu paltar dərilərinə yapışar.

O kəslərin ki, üzü meymun üzüdür, o insanlardır ki, söz gəzdirərlər.

O kəslər ki, donuz sifətindədirlər, haram pul qazanarlar.

Tərsinə gəzənlər sələm yeyənlərdir.

Korlar isə zalım hakimlərdir.
Lallar o kəslərdir ki, əməllərinə görə təkəbbür edərlər.

O kəslər ki, dillərini çeynəyir, o alimlərdir ki, dedikləri əməlləri ilə müxalif olar.

Əl və ayaqları kəsilmiş o insanlardır ki, qonşularına əziyyət verər.

Atəş ağacından asılanlar isə sultanın yanında casusluq edənlərdir.

Murdardan da çox iylənən o kəslərdir ki, xums və zəkatdan imtina edərlər.

O kəslər ki, qurğuşun paltar geyiniblər - təkəbbür əhlidir".

Mübarək hədisə görə, bu on qrup mühakimə olunub əzaba düçar olacaqlar.

Digər mənbələrdən məlum olur ki, Allah üç dəstə ilə söhbət etməz, onların çirkinliklərini pak etməz. Onları ağrılı əzab gözləyir. Bu üç dəstə zina edən qadınlardır.

Oxu24.com deyerler.org-a istinadən bildirir ki, başqa yerdə İmam Sadiq (ə) buyurur: "Hər kim din qardaşının malını zülmlə yeyərsə, onu özünə qaytarmazsa, Qiyamət günü atəş yeyər".

Digər yerdə İmam Baqir (ə) buyurur: "Qiyamətdə bir dağ vardır ki, onu Səud adlandırırlar. O dağın dərəsi vardır ki, onu Səqr adlandırırlar. Bu Səqrdə bir quyu vardır ki, onu Həbhəb adlandırırlar. Nə zaman bu quyunun üstündəki pərdəni götürürlər, cəhənnəm əhli onun hərarətindən fəryad çəkərlər. Bu quyu cabbarların yeridir".

İmam Sadiq (ə) buyurur: "Hər kim intihar edər, bilərəkdən öz əli ilə ömrünü sona çatdırar, cəhənnəm atəşində cavidan olar".

Mübarək mənbələrimizdə bundan əlavə də günahkarlar göstərilib ki, onların Qiyamət günü əzabları son dərəcə şiddətli olacaq.

Allah bizi Qiyamət günü amanda qalanlardan qərar versin. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri
Blinken Kiyev barında gitara çalıb, mahnı oxudu - VİDEO
Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Ucarda narkokuryer saxlanıldı