Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14582
az

Bakirə qız necə hamilə qala bilər? - TARİXİN SUALI

20:3415 İyun, 2019
1414
CƏMİYYƏT
  • A
Bakirəlik pozulmadan hamilə qalmaq mümkündürmü?

Oxu24.com medicina.az-a istinadən bununla bağlı mütəxəssis rəylərini sizə təqdim edir:

Bakirəliyinin pozulmasından qorxan, lakin cinsi əlaqəyə girən cütlüklərin ehtiyat etdiyi məqamlardan biri də hamilə olub-olmamaqdır. Həkimlər deyir ki, bakirə ikən hamilə qalmaq nadir hallarda olsa da, mümkündür. Lakin hansı formada və dövrdə cinsi əlaqəyə girməyin hamilə qalmağa təsiri var.
 
Cütlükləri ən çox maraqlandıran məsələlərdən biri hansı formada cinsi əlaqəyə girdikdə hamilə qalmaqdır. Sürtünərək və ya alt paltarları ilə cinsi əlaqəyə girdikdə hər hansı bir şəkildə hamilə qalmaqdan söhbət belə gedə bilməz. Hamiləlik riski ancaq və ancaq vaginanın üzərində sürtünmə ilə cinsi əlaqəyə girildiyi zaman və vaginaya boşalma baş verdikdə mümkündür. Çünki spermalar vaginadan içəri daxil olduğu zaman hamiləlik prosesinin ilk addımı atılmış olur. Buna görə də "bakirəyəm hamilə qala bilmərəm" deyib arxayın olmağa dəyməz. Vaginanın üzərinə boşalma reallaşsa, qızlıq pərdəsi pozulmayan qız belə, hamilə qala bilər. Belə ki, qızlıq pərdəsi vaginanın təxminən 2-3 sm içərisindədir. Bu quruluşun ortasında da bir boşluq var. Yəni vaginanın iç qisminə doğru boşalma baş verdikdə, spermalar bu qismdən keçə bilər və hamiləlik yarada bilər. Qısası, bakirəlik heç bir formada hamilə qalmağa mane olan bir vəziyyət deyil.
 
Mütəxəssislərin sözlərinə görə, hamilə qalma ehtimalının yüksək olduğu dövr ovulyasiya dövrüdür. Bu dövrə yumurtlama dövrü də deyilir. Bu zaman kəsiyində cinsi əlaqəyə girilibsə və vaginanın ətrafına sperma tökülübsə, hamilə qalma ehtimalı olduqca yüksəkdir. Ancaq menstruasiya zamanı cinsi əlaqəyə girilsə belə, hamilə qalma ehtimalı demək olar ki, yoxdur. Lakin unutmaq olmaz ki, hamilə qalmaq üçün penisin vaginanın içərisinə daxil olması mütləq deyil. Yalnız spermaların də vaginanın içinə daxil olması  hamilə qalmaq üçün kifayətdir. Bununla yanaşı, sürtünmə yolu ilə hamilə qalmaq aşağı bir ehtimaldır. Çünki vaginanın ətrafındakı ifraz spermaların ölməsinə səbəb ola bilər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
Mütəxəssislər xəbərdarlıq edir: Əl və ayaqların uyuşması şəkər xəstəliyinin əlaməti ola bilər
Küçə bazarı: İsti havalarda bunlara mütləq diqqət edin – MÜTƏXƏSSİS DANIŞDI

Üç bürcə XƏBƏRDARLIQ: Mayın ikinci həftəsi sizin üçün çətin olacaq

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ