Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14352
az

Baba Rzayevin vəzifədən qovdurduğu rəis bir gün sonra işə bərpa edildi

21:2209 İyun, 2019
1013
CƏMİYYƏT
  • A
 "Azərenerji” ASC-nin sədri Baba Rzayevin tələbi ilə vəzifəsindən azad olunan rəis bir gün sonra yenidən öz işinə bərpa olunub.

EkoNews xəbər verir ki, bu haqda məlumatı Bizimyol.info yayıb. Xəbərə görə, "Azərişıq” ASC-nin enerji satışı departamentinin rəis müavini Rauf Əhmədov may ayının 30-da vəzifəsindən azad edilin. Lakin bir gün sonra Rauf Əhmədovun işdən uzaqlaşdırılması ilə bağlı əmr ləğv edilərək yenidən işinə bərpa olunub və şəxsi işinə işlənilməklə ona şiddətli töhmət elan edilib.

Məlumata görə, Rauf Əhmədovun vəzifəsindən uzaqlaşdırılmasına səbəb onun təklifi ilə ASC-nin sədr müavini Ramil Yusifovun bir neçə rəisin yerini dəyişməsi olub. "Azərenerji” ASC-nin rəhbəri Baba Rzayev isə Rauf Əhmədovun bu hərəkətindən narazı qaldığı üçün onun işdən çıxarılmasını tələb edib. Lakin hansısa səbəbdən onu yenidən işinə bərpa etmək məcburiyyəti yaranıb.

Xatırladaq ki, Oxu.Az saytı Şəmkir rayon elektrik şəbəkəsinin rəisi Vaqif Məmmədov Göygöl rayonuna, Qazax rayonun rəisi Elşad Məmmədov Ağstafa rayonuna, eyni zamanda, Ağıstafa rayon elektrik şəbəkəsinin rəisi Vasif Məmmədov Gədəbəyə, həmin rayonun rəisi Akif Səlimov Qazax rayonuna rəis vəzifəsinə təyinat alması ilə bağlı məlumat yaymışdı. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 ildən sonra Laçında ikinci dəfə toy çalındı - FOTO
Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO