Bu halda polis sizi cərimləyəcək - Sürücülərin DİQQƏTİNƏ!
09 Dekabr 2025, 20:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
541
10.08.2025, 23:57
Gənc yaşlarda hipertoniya sürətlə artır.
Oxu24.com xəbər verir ki, "Skandinav Sağlamlıq Mərkəzi"nin baş həkimi, kardioloq, tibb elmləri doktoru Natalya Gavrilova son 20 ildə 30-39 yaş qrupunda hipertoniya hallarının 30-40 faiz artdığını bildirib.
Gavrilova əsas səbəblərdən biri kimi oturaq həyat tərzini göstərir. Hərəkətsizlik damarların elastikliyini azaldaraq ürək-damar sistemində problemlərə yol açır.
Həmçinin, xroniki stress də gənc yaşda hipertoniya riskini artırır. Stress zamanı yüksələn kortizol hormonu bədəndə maye yığılmasına, qan dövranının artmasına və təzyiqin yüksəlməsinə səbəb olur. Stress damarların divarlarında iltihabi prosesləri gücləndirir, onların normal daralma və genişlənmə qabiliyyətini pozur.
Yanlış qidalanma və energetik içkilər bu prosesləri daha da şiddətləndirir.
Həmçinin oxuyun
Daimi smartfon və digər cihazların istifadəsi də hipertoniya yaradır. Ekranların yayımladığı mavi işıq melatonin ifrazını azaldır, yuxu pozğunluğuna və nəticədə təzyiqin yüksəlməsinə səbəb olur. Sosial şəbəkələr isə əlavə stress yaradır.
Az yuxu, xüsusilə gündə 6 saatdan az yatanlarda kortizol səviyyəsi artır, insulinə qarşı dözümsüzlük yaranır və çəki artımı müşahidə olunur. Bu da hipertoniya ilə bağlıdır.
Əvvəllər infarkt keçirən amerikalı kardioloq Uilyam Uilson bildirib ki, infarkt zamanı xəstələrdə güclü sidik ehtiyacı yaranması kimi geniş yayılmış, amma az bilinən simptom müşahidə olunur.Milli.Az
20:15 / 09 Dekabr 2025
85
19:26 / 09 Dekabr 2025
61
19:20 / 09 Dekabr 2025
117
19:13 / 09 Dekabr 2025
906
19:09 / 09 Dekabr 2025
63
19:01 / 09 Dekabr 2025
66
18:59 / 09 Dekabr 2025
86
17:32 / 09 Dekabr 2025
1549
17:27 / 09 Dekabr 2025
73
17:25 / 09 Dekabr 2025
95
17:23 / 09 Dekabr 2025
75
17:02 / 09 Dekabr 2025
86
16:20 / 09 Dekabr 2025
743
16:12 / 09 Dekabr 2025
979
15:57 / 09 Dekabr 2025
135
15:51 / 09 Dekabr 2025
112
15:49 / 09 Dekabr 2025
104
15:32 / 09 Dekabr 2025
126
15:27 / 09 Dekabr 2025
72
15:07 / 09 Dekabr 2025
1135
14:55 / 09 Dekabr 2025
105
14:47 / 09 Dekabr 2025
865
14:30 / 09 Dekabr 2025
5026
14:26 / 09 Dekabr 2025
240
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.