Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14021
az

Dünyadakı ən təhlükəli canlı - 45 milyard insan öldürüb

19:4531 May, 2019
847
  • A
Bir insan dayanmadan saymağa başlasa, 1 trilyona çatmaq üçün 32 min il lazımdır.

Oxu24.com axşam.az-a istinadən xəbər verir ki, alimlər belə  iddia edir.

Sizə alimlərin indəyədək ortaya çıxardığı və iddia etdiyi bir çox maraqlı məqamı təqdim edirik:

Çəyirtkələrin qulaqları dizlərindədir.

Saat istiqamətində fırlanan yeganə planet Veneradır.

Həyatımızın bir hissəsinə çevrilən "Google"un ilk adı "BackRub" olub. 15 sentyabr 1997-ci ildə platformanın qurucuları Leri Peyc və Sergey Brin "Google" adını rəsmiləşdiriblər.

Dünyada ən çox cinayət işlənilən yer Vatikandır. 2017-ci ildəki statistikaya əsasən, min nəfərin yaşadığı ölkədə 600-dən çox cinayət hadisəsi baş verib.

Hər il dünyada ən çox film istehsal edilən ölkə Amerika yox, Nigeriyadır. Burada həftəyə 50 film çəkilir.

Çox adam dünyadakı ən çox piramidanın Misirdə olduğunu bilir. Lakin 220 piramida ilə bu rekord Sudandadır.

Osminoqların səkkiz ayağı ilə yanaşı, üç ürəyi və doqquz beyni var.

Əgər dünyada 15 yaşındasınızsa, bu, Marsda 8 yaşındasınız deməkdir. Çünki 1 Mars ili Yerdə 687 günə bərabərdir.

Dünyadakı ən asta yeriyən heyvan üçdırnaqlı Slozdur. Amerika qitəsində yaşayan heyvan saatda maksimum 0, 0048 km sürətlə hərəkət edir.

İnsan hər yerdə ağlaya bilsə də, fəzada olan zaman onun gözyaşının süzülməsi mümkün deyil.

Dünyada 90 kilo olan biri Marsda 35 kiloqram çəkidədir.

Ölümdən sonra saç və dırnaqlar uzanmır. Bu, yayılmış bir əfsanədir. Ölən zaman bədənimiz su itirir və dərimiz sıxlaşır. Bu da saç və dırnağın uzanması ilə bağlı gözlərimizi yanıldar.

Dünyadakı ən təhlükəli canlı ağcaqanaddır. İndiyədək 45 milyard insan dişi ağcaqanadlar tərəfindən öldürülüb. Hazırda hər 12 saniyədə bir nəfər ağcaqanad sancmasından qaynaqlanan səbəblə həyatını itirir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF
Mahsun Kırmızıgül Azərbaycanda kiminlə işbirliyi edəcək?
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı