Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13840
az

Xərçəngin geniş yayılmasının səbəbi tapıldı

22:2127 May, 2019
503
CƏMİYYƏT
  • A
   ABŞ Taftsa universitetinin alimləri yeni elmi tədqiqatlarının nəticəsini "Canser Spektrum" adlı jurnalda dərc etdirərək, 20 yaşdan yuxarı 80.100 nəfər amerikalının xərçəngə yoluxmasının əsas səbəbinin pis və qeyri-düzgün qidalanma olduğunu elan ediblər.
Oxu24.com medicina.az-a istinadən xəbər verir ki, tədqiqata orta yaş həddində amerikalıların 2013-2016-cı illər arasında xəstəlikləri və profilaktika tədbirlərinin Milli nəzarət mərkəzinin məlumatları daxil edilib.
Alimlər xərçəngə səbəb kimi bu qidalanma amillərini sadalayıb:
- Meyvə-tərəvəzin çox az qəbulu
- Tam toxum, buğdanın azlığı
- Süd məhsullarının azlığı və keyfiyyəti
- Emal edilmiş ət, qırmızı ət, şirin qazlı içkilər
Düzgün qidalanmamaq səbəbindən aşağıdakı xərçəng növləri yaranır:

- Ən yüksək 38,3 % yoğun və düz bağırsağın xərçənginə səbəb olur. Eləcə də zərərli qidalar qırtlaq, qida borusu, ağız, uşaqlıq, süd vəziləri, mədə, qaraciyər xərçəngində yer tutur.
- 16% hallarda piylənmə, aşırı köklük də bir çox xərçəng növlərinə səbəb olur.
Hazırda qida rasionunda bütün dünyada 60% yeri emal edilmiş zərərli qidalar tutur. İnsanlar ucuz, asan, tez başa gələn hazır qidalara qaçır.
Alimlər bildirir ki, ABŞ və digər ölkələrdə insanlar düzgün pəhrizə sövq edilsələr, əsas sağlam qidalar gündəlik menyuya daxil edilsə,  ərzaqlarda faydalı maddələr artsa, xərçəngin  qarşısını alıb, faizini azaltmaq olar.
  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ və NATO hücumda: Krım planı iflasa uğradı
Faşizm üzərində qələbədən 79 il ötür
Məşqçinin təcavüz etdiyi tennisçiyə bu qədər təzminat ödəniləcək

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO