Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13738
az

İslamda qadına münasibətin bəzi cəhətləri

21:4325 May, 2019
1126
CƏMİYYƏT
  • A
Həzrət Mühəmməd Peyğəmbərin (s) yaxın qohumu və Bəni-Haşim soyunun mənsubu olan bir neçə qadın o həzrətin xeyir-duası ilə sosial status baxımından özlərindən qat-qat aşağıda duran kişilərlə ailə qurmuşdu. Məsələn, Peyğəmbər (s) öz əmisi Zübeyr ibn Əbdülmüttəlibin qızı Zübaəni öz səhabəsi Miqdad bin Əsvəd Kindiyə ərə vermişdi. Miqdad Ərəbistanın cənubundakı Həzrəmovt məntəqəsində doğulmuşdu, atasının adı Əmr idi. Bəni-Kində qəbiləsindən bir nəfəri ağır yaraladığı üçün o yerlərdən qaçıb Məkkəyə gəlmişdi. Məkkədə Əsvəd ibn Əbdi-Yəğus Zühri onu oğulluğa götürdü; bundan sonra onu Miqdad ibn Əsvəd çağırmağa başladılar. Miqdad Islamın ilk günlərində iman gətirmişdi, hətta bəzi müəlliflər onu ilk yeddi müsəlmandan biri hesab etmişlər.

Oxu24.com deyerler.org-a istinadən bildirir ki, Peyğəmbərin hədislərindən məlum olur ki, o həzrət, Zübaəni Miqdada ərə verməyi məhz cəmiyyətdəki təbəqələşmə ilə mübarizə üsulu kimi qəbul edir və müsəlmanlara nümunə gətirirdi: "Bunu ona görə etmişəm ki, biləsiniz: Allah yanında ən hörmətliniz İslamı ən gözəl şəkildə yaşayanınzdır" (Kənzül-ümmal, 1-ci cild, səh. 78, hədis 313).

Evlilik zamanı bunun əksinə baş vermiş hadisələri də misal göstərmək olar (məsələn, Peyğəmbərin (s) oğulluğu Zeyd ilə o həzrətin bibisi qızı Zeynəb bint Cəhşin evliliyi) Məlum olduğu kimi, onlar aralarındakı sosial qeyri-bərabərliyə baxmayaraq ailə qurmuş, lakin ailə uğursuz alınmışdı. Belə ki, Zeynəb bint Cəhş ərini özünə layiq bilməyərək aşağılamağa başlamış, nəticədə bu ailənin taleyi talaqla bitmişdi. Buna görə alimlərin əksəriyəti ailə quran tərəflərin bir-birinə tay (küfüvv) olmasını məsləhət bilir. Bura sosial status, iqtisadi durum, savad və dünyagörüşü kimi amillər daxildir. Əgər gələcəkdə qeyri-bərabərliyin fəsad törətməyəcəyinə zəmanət varsa, o halda tərəflərin taylığı prinsipini pozmaq olar.

İkinci şərt

Ikinci tövsiyə qız uşaqlarının tez ərə verilməsi ilə bağlıdır. Müasir şəraitdə bu tövsiyələri birmənalı qəbul etmək çətindir. Amma qızların yalnız ailə daxilində fəaliyyət üçün tərbiyə edildikləri, cəmiyyət içində qadınların yüksək mövqe və karyeraya malik olmadıqları və heç bu barədə düşünmədikləri keçmiş dövrlərdə bu tövsiyələr tamamilə yerində səslənirdi. Halal ruzi ilə dolanan ailələrin maddi vəziyyəti bir qayda olaraq çətin olurdu. Ona görə qızı tez ərə vermək həm də onu saxlamaq yükündən xilas olmaq kimi qəbul edilirdi. Xüsusilə, qız uşaqlarının tez həddi-büluğa çatdıqları isti iqlimlərdə izdivacı yubatmaq muəyyən fəsadlara da gətirib-çıxarırdı. Vaxtında ailə qurmayan qızlar ya fizioloji cəhətdən müxtəlif xəstəliklərə düçar olur, ya da əxlaq pozğunluğuna yuvarlanırdılar.

Əlbəttə, burada yetkinlik yaşından əvvəl bağlanan nikahları təbliğ etmək fikrində deyilik.

Əvvəla, ölkəmizin iqlim şəraitinə uyğun olaraq qızlar onsuz da isti Şərq ölkələrindəki qızlara nisbətən xeyli gec yetkinləşirlər.

Ikincisi, biz dünyəvi dövlətdə yaşayırıq və ona görə ölkəmizin qanunlarına, o cümlədən, Ailə Məcəlləsindəki yaş həddinə riayət etməyə borcluyuq.

Üçüncüsü, onsuz da müasir sosial şərait bu məsələyə baxış bucağını dəyişdirib. Qızlar keçmiş zamanlara nisbətən daha çox təhsilə, işləməyə, sosial status qazanmağa, cəmiyyətdə öz yerini tapmağa, karyera qurmağa meyllidirlər. Əgər təqribən 100 il bundan əvvəl Azərbaycanda ərə gedən qızların orta yaş həddi üçün 13-14 yaş normal sayılırdısa, bu gün qızların nə fizioloji, nə psixoloji, nə sosial göstəriciləri, nə də yaşadıqları ailənin iqtisadi səviyyəsi buna imkan vermir.

Üçüncü şərt

Qız atası öz qızı üzərindəki haqqını anlamalı və öz məsuliyyətini layiqincə dərk etməlidir. Qızın izdivacına atanın razılıq vermə şərti atanın despotluğuna xidmət etmir, atanın cavabdehliyini artırır. Biz cəmiyyətdə də yaşının və təcrübəsinin azlığı üzündən aldanmış qızlara rast gəlirik. Bunun qarşısını almaq üçün valideynin icazəsi müsbət rol oynaya bilər.

Amma qız atası öz səlahiyyətindən sui-istifadə edə bilməz. Qız atası özünə kürəkən seçərkən onun dindarlığı ilə yanaşı, əxlaqına və xasiyyətinə də diqqət yetirməlidir. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: "Hər kim öz qızını fasiqə ərə versə, yaxın qohumu (yəni qızı) ilə rabitəni birdəfəlik qırmış kimidir". Burada fasiq - ardıcıl günah edən, mənəviyyatdan uzaq bir həyat tərzi yaşayan, tövbə haqqında heç düşünməyən şəxs deməkdir.

İmam Həsənin (ə) tərəfdarlarından birinin evinə elçi gəlir və həmin adam qızını ərə verib-verməmək barədə Imamla məsləhətləşir. Həzrət İmam (ə) ona məsləhət verir: "Qızını təqvalı (Allahın halal-haramını bilən, Allahdan qorxan) adama ərə ver. Əgər o adam sənin qızını sevsə, ona hörmət edər və onu əziz tutar. Əgər qızına qəzəblənsə, ona zülm etməz" (Məkarimül-əxlaq, 1-ci cild, səh. 379-380). Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Təcili: Dubay - Moskva reysi ilə uçan təyyarə Bakıya eniş etdi -FOTO
Sağ qalan bələdçidən videolarının mahnı ilə paylaşılmasına etiraz: "Aktrisa deyiləm..."
Ronaldo Yaxın Şərqin ən yaxşı futbolçusu seçildi

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi