Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13636
az

Qazaxda oxla öldürülmüş 5 insanın sümükləri tapılıb

10:2324 May, 2019
649
CƏMİYYƏT
  • A
 
Qazax rayonunda arxeoliji tədqiqatlar zamanı oxla öldürülmüş insan sümükləri tapılıb

Oxu24.com -un  "Report"ua istinadən  məlumatına görə, arxeoloji qazıntılar yeni inşa olunan Gəncə-Qazax-Gürcüstan magistralının Qazax rayonunun Qazaxbəyli kəndi ərazisindən keçən hissəsində aparılıb. Burada, son tunc erkən dəmir dövrünə aid çox sayda maddi mədəniyyət nümunələri və arxeoloji materiallar aşkarlanıb. Bundan başqa ərazidə aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl 2-ci minilliyin sonu, 1-ci minilliyin əvvəllərinə aid 5 qədim qəbir aşkarlanıb. Həmin qəbrlərdə olan sümüklər oxla öldürülmüş insanın sümükləridir. Əksər qəbirlərdə ox hələ də sümüyə sancılı vəziyyətdə qalıb. Ərazidən həmçinin daşdan hazırlanmış əmək alətləri, gil qablar, müxtəlif materiallardan olan muncuqlar, dəmir ucluqlu ox başlıqları, xəncərlər, nizə ucluqları da aşkar edilib.

Qəbirlərdə tapılan insan sümüklərinin bəziləri deformasiyaya uğrasa da arxeoloqlar tədqiqat işlərini davam etidirirlər. Qazıntı zamanı sümüklərin yerli əhaliyə aid olduğu məlum olub.

Qeyd edək ki, "Əziztəpə" abidəsinin ərazisi 3 hektara yaxın sahəni əhatə edir. Lakin yol dəhlizinə düşən hissədə aparılan tədqiqatlar nəticəsində bu abidənin yalnız bir hissəsi öyrənilib. Abidənin gələcəkdə kompleks şəkildə öyrənilməsi üçün işlər davam etdiriləcək.




  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Zelenski onu vəzifəsindən azad etdi
Azərbaycanda vulkan püskürdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər