Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13509
az

Satıcı: “Qəfildən gördük ki, Prezident içəri daxil oldu”

20:5121 May, 2019
615
CƏMİYYƏT
  • A
 
İçəridə müştəriyə məhsul satırdıq. Qəfildən bir də gördük ki, cənab Prezident içəri daxil oldu. Həyəcan bizi bürüdü. İnana bilmirdim ki, bizimlə üzbəüz dayanan Prezidentimizdir”.
Bunu, bu gün Prezident İlham Əliyevin Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirakı çərçivəsində həmsöhbət olduğu marketin satıcısı Hörüza İbrahimova deyib.

O bildirib ki, dövlət başçısının onunla səmimi söhbətində marketdə satılan məhsulların keyfiyyətindən danışıb: “Cənab Prezident içəri daxil olan kimi bizimlə salamlaşıb hal-əhvalımızı, işlərimizin necə getdiyini soruşdu. Biz də hər şeyin qaydasında olduğunu dedik. Bizimlə çox səmimi söhbət etdi. Bizdən məhsulların keyfiyyətini və satışda nə qədər yerli məhsulların olduğunu soruşdu. Biz də burada satılan məhsulların 90 faizinin yerli olduğunu dedik. Həyatda ən böyük arzum Prezidentimizlə söhbət etməyim idi, bu arzuma da çatdım. Təsəvvür edin ki, Prezident içəri daxil olanda mən müştərini yola salırdım. Həmin vaxt içəridə bir neçə müştəri var idi”.
 Digər satıcı Yuliya Quliyeva Prezidentlə söhbəti zamanı əldə etdiyi təəssüratları bölüşüb. Satıcının sözlərinə görə, ölkə başçısının qəfildən marketə daxil olması onun üçün gözlənilməz olub: “Biz hər zaman Prezident İlham Əliyevi televiziya vasitəsilə görürdük. Bu gün isə onunla canlı şəkildə həmsöhbət olduq. Bizdən satılan məhsullar haqqında bəzi məlumatları soruşdu. Biz də dedik. İnanın ki, cənab Prezidentin bizim mağazaya gələcəyini əvvəlcədən bilsəydik, hazırlıq görərdik. Hər şey yuxu kimi gəlir mənə”.

Daha sonra qəsəbə sakinləri Prezidentlə görüşünün təəssüratlarını bölüşüblər. Onlar dövlət başçısına cansağlığı arzu ediblər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ümummilli lider Heydər Əliyevin doğum günüdür
Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA
Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ