Bakı Metrosu sərnişinlərə xəbərdarlıq etdi
22 Aprel 2025, 22:20
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
708
28.01.2025, 21:00
"Bakı şəhərində ilk dəfə olaraq mikromobillik zolaqları çəkilib".
OXU24.COM xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunan müşavirədə deyib.
Onun sözlərinə görə, hazırda Bakıda 35 kilometrlik əlaqələndirilmiş mikromobillik zolaqları var:
"Velosiped icarəsi xidməti də artıq vətəndaşlara təqdim edilmişdir. Hazırda ay ərzində Bakı şəhərində velosiped və skuterlərlə 200 min səfər həyata keçirilir. Bu, kifayət qədər müsbət göstəricidir. Halbuki, ilk mərhələdə velosipedlərin və skuterlərin istifadəsinə kifayət qədər inamsızlıq da var idi. Amma dinamik artım onu göstərir ki, vətəndaşlar tərəfindən istifadə artacaqdır. Proqramın sonunda ay ərzində bu səfərlərin sayının 2 milyon yarıma çatdırılması nəzərdə tutulmuşdur.
Bakı şəhərində digər bir problemli sahə parklanma ilə bağlı idi, nizamsız parklanma kifayət qədər geniş yayılmışdı. Bu, kifayət qədər də ucuz idi. Ona görə bu, şəhərin mərkəzində bir qravitasiya yaratmışdı, sürücülər şəhərin mərkəzinə daxil olmağa can atırdılar. Parklanmada islahatlar həyata keçirildi, pullu parklanma sistemi təşkil edildi, tamamilə rəqəmsallaşdırıldı. İndi ödənişlər mobil tətbiq vasitəsilə tamamilə şəffaf qaydada həyata keçirilir. Şəhərdə artıq nizamlı parklanma yaranmışdır. Onu da qeyd etmək istəyirəm ki, indi hətta həftənin ən sıx günlərində belə şəhərin mərkəzində parklanma yeri tapmaq mümkündür. Çünki əvvəllər bir avtomobil parklanma yerini 10 saat məşğul edirdisə, indi 10 avtomobilin hərəsi bir saat istifadə etməklə daha çox maşın istifadə edə bilir".
Həmçinin oxuyun
Sədr qeyd edib ki, taksi sahəsində islahatların aparılması həm də fərdi nəqliyyat vasitələrinin şəhər mərkəzində hərəkətinin azaldılmasına yönəlib:
"Vətəndaşlar tərəfindən bu istiqamətdə çoxlu narazılıqlar var idi, həm xidmətin özündən, həm sürücülərdən, həm də avtomobillərdən. İslahatlar zamanı 35 min sürücü təlimlərə cəlb olundu və bunların hər biri ilə imtahanlar keçirildi. Sürücülərdən 29 mini imtahanlardan keçə bildi. İmtahanlar hazırda Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır.
Tətbiq olunan rəng, il tələbləri nəticəsində avtomobillərin orta yaşı 14 yarımdan 8 ilə qədər endirildi. Qeyd etmək istəyirəm ki, bundan əvvəl 67 min avtomobil parkının 40 faizi 15 ildən daha köhnə idi. Hazırda isə ümumiyyətlə 15 ildən köhnə olan avtomobillər xidmətdən kənarlaşdırılıb və şəhərdə eyni rəngdə - ağ rəngdə olan hibrid və elektrik taksi avtomobillərinin sayı bizdən xüsusi icazə almaqla durmadan artmaqdadır.
Bir xüsusi məqamı da qeyd etmək istəyirəm. AYNA informasiya sisteminin tərkibində yaradılmış "Etaksi" sistemi vasitəsilə biz artıq taksi xidmətlərinə, taksi hərəkətlərinə tamamilə nəzarəti həyata keçirə bilirik.
Bütün bu işlərin görülməsi sayəsində ilkin müsbət nəticələr əldə edilmişdir. Lakin vətəndaşların mobilliyə olan tələbatının ödənilməsi üçün bütün nəqliyyat vasitələrinin birlikdə fəaliyyətini nəzərə alan yekdil planın hazırlanmasına zərurət var idi. Sizin göstərişinizlə bu istiqamətdə işlər aparıldı və əvvəlcə şəhərə daxil olan bütün axınlar qiymətləndirildi. Bəlli oldu ki, gün ərzində 630 mindən çox sərnişin-vətəndaş Bakı şəhərinin mərkəzinə doğru yönəlir. Həmin vətəndaşlar təxminən 300 min avtomobillə şəhərin mərkəzinə doğru hərəkət edirlər. İstiqamətləri də bəlli oldu. Xüsusən də Sumqayıt-Xırdalan istiqaməti burada böyük paya malikdir. Digər istiqamətlər isə Bakı şəhərinin ətrafıdır. Buradan çıxış edərək vahid, əlaqələndirilmiş, inteqrasiya edilmiş nəqliyyat planı hazırlandı və onun istiqamətlərini diqqətinizə məruzə edirəm. Burada iki əsas istiqamət var. Birinci istiqamət yol-infrastruktur layihələrinin həyata keçirilməsidir. 50 yol-infrastruktur layihəsi var idi. Bunlar rəqəmsal əkizdə simulyasiya edildi və ən optimal, ən səmərəli 9 layihə prioritet siyahısına alınaraq, diqqətinizə məruzə edilmişdir. Bu layihələr üç dairəvi yola aiddir: Bilgəh-Novxanı-Xırdalan-Şamaxı avtomobil yolu, Sabunçu-Sulutəpə avtomobil yolu və birinci dairəvi yolu Ziya Bünyadov prospektinə birləşdirən dairəvi yoldur. Dairəvi yolların inşası nəticəsində şəhər mərkəzinin əsas arteriyalarının axınlarının bir hissəsi bu yollara keçid edəcək ki, şəhərin mərkəzində boşalma baş versin. Altı digər layihə də şəhər daxilində olan dar boğazların həll olunmasına yönəlmişdir ki, burada nəqliyyat vasitələrinin hərəkəti müəyyən qədər rəvanlaşsın".
09:28 / 23 Aprel 2025
Rusiyada general saxlanıldı
1
09:16 / 23 Aprel 2025
Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
7
09:00 / 23 Aprel 2025
"Qiyamət günü" yaxınlaşır - 2 ölkə xəritədən silinəcək
10
23:37 / 22 Aprel 2025
6 ballıq zəlzələ oldu
68
22:45 / 22 Aprel 2025
ABŞ Aİ-yə Krımı Rusiya ərazisi kimi tanımağı təklif edəcək - KİV
93
22:20 / 22 Aprel 2025
Bakı Metrosu sərnişinlərə xəbərdarlıq etdi
118
22:06 / 22 Aprel 2025
Bakının bu rayonunda 110 bina söküləcək
209
21:54 / 22 Aprel 2025
“Bloomberg”: Makron parlamenti buraxmağı düşünür
94
21:37 / 22 Aprel 2025
Zelenski: Krım bizim ərazimizdir, Ukrayna xalqının ərazisidir
99
21:17 / 22 Aprel 2025
Suriyada Bəşər Əsəd dövründə kəşfiyyatçı işləmiş zabit saxlanılıb
105
21:00 / 22 Aprel 2025
Papanın üzüyü çəkiclə sındırılacaq - Səbəb bu imiş
632
21:00 / 22 Aprel 2025
Ehtiram Quliyev onları tədbirə niyə çağırmayıb?
116
20:51 / 22 Aprel 2025
Qarabağda iş var
107
20:50 / 22 Aprel 2025
Qarabağa köçmək istəyənlərə möhtəşəm xəbər - RƏSMİ
121
20:38 / 22 Aprel 2025
Daşkəsəndə bitki toplayan kişi qayadan yıxılıb
132
20:28 / 22 Aprel 2025
Məntiq testi +CAVAB
236
20:21 / 22 Aprel 2025
“Bir gündə iki oğlumu itirdim” - Onlar danışdı, Vardanyan dinlədi
122
20:18 / 22 Aprel 2025
Nazir ona yüksək vəzifə verdi
678
20:17 / 22 Aprel 2025
"Cəmiyyətimizdə çox vaxt qadınlar həmcinslərinə rəqabət, qısqanclıq, paxıllıq zəmnində böyüdülür" — Psixoloqla müsahibə
4734
20:14 / 22 Aprel 2025
Göl içində üzən evlərin tikilməsinə icazəni hansı qurum verib?
115
19:56 / 22 Aprel 2025
Rusiyada nə baş verir? — Fövqəladə vəziyyət elan edilib
1305
19:50 / 22 Aprel 2025
Qaz olmayacaq
224
19:41 / 22 Aprel 2025
Prezidentlə xanımı Çindədir
120
19:39 / 22 Aprel 2025
Kaya Kallas Azərbaycana səfər edəcək
116
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.