SON DƏQİQƏ! Fövqəladə Hallar Nazirliyinin bu səlahiyyəti ləğv edilib
02 Aprel 2025, 16:59
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
686
02.01.2025, 10:13
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.
P.Həşimovun dünyaya gəlişindən 50 il ötür.
P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub.
General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Onun şəhid olması xəbərini ictimaiyyətə Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.
Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası ilə telefonla danışıb və şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.
2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.
Həmçinin oxuyun
Xatırladaq ki, P.Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılıb.
P.Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən hərbi əməliyyatlar zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.
2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. Bakı şəhərinin küçələrindən biri də Azərbaycanın Milli Qəhrəmanının adını daşıyır.
P.Həşimovun adı Türkiyədə də əbədiləşdirilib. Belə ki, Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adının verildiyi yeni park salınıb.
P.Həşimovun iki oğul və bir qız övladı yadigar qalıb.
16:59 / 02 Aprel 2025
SON DƏQİQƏ! Fövqəladə Hallar Nazirliyinin bu səlahiyyəti ləğv edilib
3
16:37 / 02 Aprel 2025
Aİ Rusiya təhlükəsi ilə bağlı iddiaların əsassız olduğunu etiraf edir
9
16:32 / 02 Aprel 2025
Tarif Şurası yeni qərar qəbul edib: Mayın 1-də qüvvəyə minəcək
232
16:22 / 02 Aprel 2025
Fil balası niyə xortumunu əmir? — Maraqlı səbəb
18
16:09 / 02 Aprel 2025
Sualtı qayıqda tutuldular
22
16:06 / 02 Aprel 2025
ABŞ Trampın başlatdığı qlobal ticarət müharibəsində qalibin adını açıqlayıb
23
15:59 / 02 Aprel 2025
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər
26
15:35 / 02 Aprel 2025
Pensiya ilə bağlı vacib XƏBƏR
56
15:28 / 02 Aprel 2025
Tramp Rusiyanı "zəif yeri"ndən vuracaq
41
15:20 / 02 Aprel 2025
Mandarin ördəyinin gözəlliyi — VİDEO
57
15:17 / 02 Aprel 2025
Bayramla bağlı Göyçaya getmişdi, dağda meyiti tapıldı - Foto
45
14:55 / 02 Aprel 2025
Trampın tarifləri qlobal iqtisadiyyatı yüksəldə bilər
55
14:54 / 02 Aprel 2025
Bu tarixdən güclü Lirid meteor yağışı olacaq — AÇIQLAMA
192
14:47 / 02 Aprel 2025
Qozun adı dəyişdirilir
66
14:44 / 02 Aprel 2025
Maskın komandası narkotik üçün sınaqdan keçiriləcək
64
14:34 / 02 Aprel 2025
İran təhdid edir
58
14:31 / 02 Aprel 2025
Əhaliyə xəbərdarlıq edildi
66
14:27 / 02 Aprel 2025
Prezident İlham Əliyevin adından Almaniya Prezidentinin şərəfinə rəsmi nahar verilib
63
13:42 / 02 Aprel 2025
"Heç vaxt ağlıma da gəlməzdi ki, şəhid anası olaram" — Aprel şəhidinin anası ilə MÜSAHİBƏ
355
13:24 / 02 Aprel 2025
11 gün iş olmayacaq
1069
12:37 / 02 Aprel 2025
Rusiya 81 xarici KİV-ə qadağa qoyub
74
12:02 / 02 Aprel 2025
Bu tarixdə dərslər başa çatacaq
101
11:57 / 02 Aprel 2025
Verilişi bağlanan Nigar Fərhad haqda gerçək ÜZƏ ÇIXDI: Öz qızını...
1573
11:54 / 02 Aprel 2025
Putin Belarusiya ilə münasibətlərdən danışıb
84
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.