Mayda neçə gün iş olmayacaq? - TƏQVİM
30 Mart 2025, 22:29
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
524
31.12.2024, 01:07
"Hökumə üçün hansı gözəl sözü desəm, azdır. Çox tərbiyəli, savadlı, qabiliyyətli, əl bacarığı olan xanım idi. Həmişə tərbiyəsi, savadı, oturuşu-duruşu ilə hər kəsə nümunə olurdu".
Bunu Baku TV-də yayımlanan "Arzunun vaxtı" verilişində təyyarə qəzasında həlak olan Azərbaycanın Milli Qəhrəmanı, stüardessa Hökumə Əliyevanın həyat yoldaşı Etibar Əliyev deyib.
Onun sözlərinə görə, H.Əliyeva hər zaman öhdəliklərini layiqincə və düzgün şəkildə icra edib:
"Uçuşda olanda insanlara ürək-dirək verirdi, onları təsəlli edirdi, hər şeyi başa salırdı. İzah edirdi ki, qorxmağa, narahat olmağa heç bir əsas yoxdur. "Hamımız birlikdə gedirik, birlikdə də qayıdacağıq" deyirdi".
Həmçinin oxuyun
E.Əliyev təyyarə qəzası barədə məlumatı bacısından öyrəndiyini söyləyib:
"Bacım dedi ki, iş qrupunda təyyarənin qəzaya uğradığı yazılıb. Eşidəndə dizlərim qırıldı. Onun cəsarətini, şücaətini Azərbaycan xalqı, bütün dünya gördü. Xalqımızın başı sağ olsun, böyük faciədir. Arzu edirəm ki, onun kimi şərəfli ölüm mənə də qismət olsun".
Hökumə Əliyevanın həyat yoldaşı ən çox onun təmiz ürəyi, şirin sözləri üçün darıxacağını söyləyib:
"O qədər yaxşı xüsusiyyətləri var idi ki, bilmirəm, hansı birini deyim. Onu həmişə "mələyim" deyə çağırardım. Hökumə həyatımın bələdçisi idi. Həmişə onunla səmimi olmuşuq. Nə sözümüz olub demişik, açıqsözlü olmuşuq. Biz bir-birimizə dayaq idik. Çətin anlarda bir-birimizin əlindən tuturduq, dərdlərimizi, fikirlərimizi bölüşürdük. Var ömür-gün yoldaşı, bir də var ömrüm, günüm. O mənim ömrüm, günüm idi. Hökumənin vəfatı ilə həyatım, ömrüm getdi".
23:15 / 30 Mart 2025
İmamoğlunun telefonu araşdırıldı - Digər şübhəlilərlə əlaqəsi olub
1
23:11 / 30 Mart 2025
Ərdoğan İstanbuldakı etirazların səbəbini açıqlayıb
4
23:02 / 30 Mart 2025
İsrail Qəzza sakinlərinin mühacirət etmək istəyini açıqladı
4
22:29 / 30 Mart 2025
548
22:25 / 30 Mart 2025
Mənzildə meyiti tapıldı
10
19:54 / 30 Mart 2025
Tramp İrana yeni təhdidlər səsləndirib
52
19:39 / 30 Mart 2025
Lavrov BMT baş katibinin davranışından narahat olduğunu bildirib
64
19:33 / 30 Mart 2025
Ağır qəza baş verib: Yaralılar var
475
18:20 / 30 Mart 2025
ABŞ və Yaponiya hərbi əməkdaşlığı artıracaq
56
18:06 / 30 Mart 2025
ABŞ Okeaniyada sunami təhlükəsi barədə xəbərdarlıq edib
72
17:59 / 30 Mart 2025
Tramp təcili olaraq ABŞ-ın BMT-dəki yeni səfirini axtarır
72
17:53 / 30 Mart 2025
Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin orderindən qorxmur
71
17:49 / 30 Mart 2025
Okeaniyada güclü zəlzələ baş verib
73
17:42 / 30 Mart 2025
ABŞ-ın iki şəhərində Moldova diplomatik nümayəndəlikləri açılıb
75
17:26 / 30 Mart 2025
Allahşükür Paşazadə görün hansı ölkədə imiş — AÇIQLAMA
1424
16:08 / 30 Mart 2025
İran ABŞ-ın birbaşa danışıqlarını rədd edir
82
15:42 / 30 Mart 2025
SON DƏQİQƏ! Müdafiə Nazirliyi açıqlama yaydı: Ermənistan dronlar vasitəsilə...
803
15:34 / 30 Mart 2025
Allahşükür Paşazadəyə nə olub?
155
15:31 / 30 Mart 2025
Ukrayna Amerika ilə yeni saziş layihəsi ilə razı deyil
93
15:06 / 30 Mart 2025
Bu testi həll etməkdə çoxları çətinlik çəkdi: Hansı kişi yükə güc sərf etmir? — İQ testi
761
15:03 / 30 Mart 2025
İmamoğlunun atası ağladı
129
14:40 / 30 Mart 2025
Dövlətə məxsus nəqliyyat vasitələri endirimlə satışa çıxarıldı
255
14:35 / 30 Mart 2025
Rada Avropanı Rusiyadan Ukraynanın arxasında gizlənməməyə çağırıb
114
14:28 / 30 Mart 2025
Arxdan meyit tapıldı
119
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.