27-ci günün duası - İmsak və iftar vaxtı
26 Mart 2025, 23:50
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
770
29.12.2024, 23:44
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev AZAL-ın Bakı–Qroznı reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
OXU24.COM xəbər verir ki, Sərəncamla qəza zamanı sağ qalan ekipaj üzvlərindən Zülfüqar Əsədov və Aydan Rəhimli 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.
Bununla da Azərbaycanda bu yüksək ordenlə təltif olunanların sayı 7-ə çatıb. Aydan Rəhimli isə bu ordenə layiq görülən ilk qadın kimi tarixə düşüb.
Sonuncu dəfə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə ötən il Vasif Tağıyev təltif olunub. O, 2023-cü ilin yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə bu ordenə dövlət başçısı tərəfindən layiq görülüb.
2017-ci ildə təsis edilmiş bu orden Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətləri olanlara verilir.
Həmçinin oxuyun
Daha əvvəl 1-ci dərəcəli “Rəşadət” ordeni ilə müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Əlahiddə Ümumqoşun Ordusunun sabiq komandanı general-polkovnik Kərəm Mustafayev və Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov təltif olunub.
Qeyd edək ki, “Rəşadət” ordeninin dərəcələri ardıcıllıqla, Azərbaycan Silahlı Qüvvələrində hərbi qulluqçulara bir sıra hallarda verilir. Buna fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlər və eyni zamanda, həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcunu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlər daxildi ki, bu qəhrəmanlığı da təyyarənin bütün ekipak üzvləri göstərib.
Qeyd edək ki, təyyarənin həlak olan digər ekipaj üzvləri - Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və Əliyeva Hökumə Cəlil qızı ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı ilə təltif olunublar.
Onu da əlavə edək ki, bu təltifdən sonra Hökümə Əliyeva Azərbaycanın üçüncü qadın Milli Qəhrəmanı oldu. Buna qədər şəhid jurnalist Salatın Əsgərova, şəhid hərbi tibb qulluqçusu, baş leytenant Gültəkin Əsgərova da bu fəxri ada layiq görülüb.
Gültəkin, Salatın Əsgərova birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmışdısa, Hökümə Əliyeva 32 ildən sonra bu fəxri ada layiq görülən ilk Azərbaycan qadını olub.
23:50 / 26 Mart 2025
27-ci günün duası - İmsak və iftar vaxtı
7
23:36 / 26 Mart 2025
Sonsuzluğa səbəb olan maddə tapıldı
22
23:28 / 26 Mart 2025
Vaşinqton Qrenlandiyanı almalıdır-TRAMP
22
20:33 / 26 Mart 2025
Setifikasiyadan keçə bilməyən müəllimlərin rayonlara göndərilməsi – Cəza yoxsa şans?
54
20:10 / 26 Mart 2025
Yerin dərinliyində nəhəng şəhər aşkarlandı
52
17:54 / 26 Mart 2025
Uşaqlara ən çox qoyulan adlar
83
14:03 / 26 Mart 2025
Nazir yüksək vəzifə verdi - FOTO
134
13:17 / 26 Mart 2025
Azərbaycanlı kişiyə ərə getdi nikahın saxta olduğu üzə çıxdı
132
10:44 / 26 Mart 2025
Tramp ABŞ seçiciləri üçün yeni öhdəlik tətbiq edib
144
21:32 / 25 Mart 2025
Yeni dünya xəritəsində Ermənistan yoxdur: Fransa yaydı- FOTO
219
21:20 / 25 Mart 2025
Allergiyadan əziyyət çəkənlər bu yolla özlərini qoruya bilərlər — Tanınmış allerqoloqla MÜSAHİBƏ
4209
21:19 / 25 Mart 2025
Sabah bu küçə bağlı olacaq
216
20:13 / 25 Mart 2025
Soltan Qasımov vəzifəsindən azad edilib
1223
20:06 / 25 Mart 2025
MEDİA Rusiya media nümayəndələrinin həlak olması ilə bağlı başsağlığı verib
239
14:15 / 25 Mart 2025
Lukaşenko and içib
307
12:20 / 25 Mart 2025
Gürcüstan rəsmiləri Almaniyaya gedə bilməyəcəklər
306
12:20 / 25 Mart 2025
Məhkəmədən 1.4 milyon dollar qazandı
302
12:08 / 25 Mart 2025
Nəfəsin 160 minlik maşını — VİDEO
1087
12:07 / 25 Mart 2025
Makron Macarıstanda Rusiya ilə bağlı açıqlamalarına görə qınayıb
320
11:58 / 25 Mart 2025
Meksikada kütləvi elektrik kəsilməsi qeydə alınıb
337
11:55 / 25 Mart 2025
Braziliyanın sabiq prezidenti Trampa USAİD-ə qarşı fəaliyyətinə görə təşəkkür edib
320
11:52 / 25 Mart 2025
Çexiya Ukraynaya hərbi yardımı dayandıra bilər
313
11:47 / 25 Mart 2025
Lukaşenko Prezident İlham Əliyevə təbrik məktubu göndərib
313
11:33 / 25 Mart 2025
Mahaçqalada güclü yanğın olub
308
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.