Fitrə zəkatı adambaşına bu qədər müəyyən edildi
24 Mart 2025, 09:15
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
532
23.12.2024, 16:24
Nazirlər Kabineti “Hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”nı təsdiq edib.
Oxu24.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Hökmran mövqedən sui-istifadə edən təsərrüfat subyektləri barələrində rəqabət komissiyasının iş qaldırılması ilə bağlı qərarının işin tərəflərinə təqdim edilməsindən etibarən 30 (otuz) gün ərzində öz hərəkətlərinin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsi ilə bağlı rəqabət komissiyasına vəsatət verə bilərlər. Bu Qaydaların n tələbi pozulduğu hallarda hökmran mövqedən sui-istifadə edən təsərrüfat subyektlərinin öz hərəkətlərinin obyektiv zəruriliyinin qiymətləndirilməsi ilə bağlı vəsatətin qəbul edilməsi yalnız rəqabət komissiyasının müvafiq qərarı ilə həyata keçirilə bilər.
Hökmran mövqedən sui-istifadənin qiymətləndirilməsi nəticəsinə uyğun olaraq rəqabət komissiyası obyektiv zərurilik və səmərəliliklə bağlı hökmran mövqedə olan təsərrüfat subyektlərinin əsaslandırmasını qənaətbəxş hesab etmək və ya etməmək barədə qərar qəbul edir. Hökmran mövqedə olan təsərrüfat subyekti tərəfindən hökmran mövqenin sui-istifadəsinin obyektiv zəruriliyinin və səmərəliliyinin qəbul edilməsi üçün rəqabət komissiyasına vəsatət təqdim edilərkən, vəsatətdə sui-istifadə hərəkətlərinin iqtisadi mahiyyəti, predmeti, məqsədi, texniki və iqtisadi xüsusiyyətləri, əlaqəli olduğu məhsulların əhatə dairəsi, tətbiq edildiyi coğrafi ərazi, başlandığı tarix göstərilməlidir. Vəsatətə təsərrüfat subyektinin zəruri hesab etdiyi digər məlumat da əlavə edilə bilər.
Rəqabət komissiyası tərəfindən hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyi və ya səmərəliliyi qiymətləndirilərkən Məcəllənin tələbləri nəzərə alınmaqla aşağıdakı hallardan ən azı üçünün (nəzərdə tutulmuş halların eyni zamanda olması istisna olmaqla) təsərrüfat subyektləri tərəfindən sübut edilməsi nəticəsində təsərrüfat subyektinin obyektiv zərurət və ya səmərəliliklə bağlı əsaslandırması qənaətbəxş hesab edilir:
- hökmran mövqedən sui-istifadə nəticəsində miqyas iqtisadiyyatının əldə edilməsi və 1 (bir) il ərzində müvafiq bazarda məhsul istehsalının ən azı 40% artması və ya ixracının ən azı 20% artması;
- hökmran mövqedən sui-istifadə nəticəsində müvafiq bazara aid olmayan innovativ məhsulun istehsalının mümkün olması;
Həmçinin oxuyun
- hökmran mövqedən sui-istifadə nəticəsində müvafiq bazarda ən azı 1 (bir) il ərzində birbaşa investisiyaların (dövlət büdcəsindən ayrılan vəsait istisna olmaqla) bir əvvəlki illə müqayisədə 20% səviyyədə artması;
- texniki imkanların məhdud olması səbəbi ilə hökmran mövqedə olan təsərrüfat subyektinin rəqabətli şəraitdə fəaliyyət göstərməsinin, məhsul istehsalı və ya satışını həyata keçirməsinin qeyri-mümkün olması;
- məhsulun istehsalı ilə əlaqədar olaraq xüsusi keyfiyyət və (və ya) əqli mülkiyyət hüquqları meyarlarının müəyyən edilməsi nəticəsində hökmran mövqedən sui- istifadə etmədən məhsul istehsalı və satışının həyata keçirilməsinin qeyri-effektiv nəticələrə səbəb olması;
- mühüm əhəmiyyətli resursun ümumi istifadəyə açılmasının dövlət təhlükəsizliyi, istehlakçı sağlamlığı və ictimai asayişin pozulmasına yol açmasına dair mənbəyi bəlli məlumatın mövcud olması;
- daxili tələb həcmi yüksək olan və ölkə daxilində istehsal edilməyən məhsulun idxalı zamanı ölkə hüdudlarından kənarda fəaliyyət göstərən təsərrüfat subyekti ilə eksklüziv təchizat sisteminin tətbiqi nəticəsində sui-istifadə hallarının yaranması.
Hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyini və ya səmərəliliyini əsaslandırmaq və sübut etmək təsərrüfat subyektlərinin öhdəliyindədir. Hökmran mövqedən sui-istifadənin qənaətbəxş hesab edilməsi yalnız müəyyən müddət üçün, yəni sui-istifadənin qənaətbəxş hesab edilməsinə imkan verən şərtlərin ödənildiyi müddətdə qüvvədə ola bilər.
23:25 / 23 Mart 2025
Vəzifəli şəxs vəfat etdi - FOTO
54
22:39 / 23 Mart 2025
24-cü günün duası - İmsak və iftar vaxtı
53
21:57 / 23 Mart 2025
Çingiz İsmayılov vəfat etdi - FOTO
905
20:12 / 23 Mart 2025
Bu qan qrupunun insanları GEC YAŞLANIR
93
19:49 / 23 Mart 2025
“İran müharibəyə hazırdır!”
76
19:25 / 23 Mart 2025
Bu qadağa qüvvəyə minir
94
17:14 / 23 Mart 2025
Bu tarixədək hava yağışlı və küləkli olacaq
180
15:50 / 23 Mart 2025
Vəzifəli şəxslər tutuldu - İmamoğlu işi
157
15:23 / 23 Mart 2025
Sürücülərə xəbərdarlıq edilib
158
15:10 / 23 Mart 2025
Milli Hidrometeorologiya Xidməti əhaliyə xəbərdarlıq yaydı
574
13:28 / 23 Mart 2025
Əkrəm İmamoğlu həbs olunub
164
13:08 / 23 Mart 2025
Sabahki günlə bağlı xəbərdarlıq
679
12:18 / 23 Mart 2025
Möhtəşəm parkda YANĞIN
161
11:47 / 23 Mart 2025
Məşhur jurnalist SAXLANILDI
189
11:32 / 23 Mart 2025
İsraili yox , Ərəbistanı vurdular - ballistik raketlə
174
11:16 / 23 Mart 2025
Mask Bayden haqqında öz hesabında belə yazdı
191
10:59 / 23 Mart 2025
Ukrayna -ABŞ yenidən görüşəcək
189
09:59 / 23 Mart 2025
XİN: Ararat Mirzoyanın iddiaları tamamilə əsassızdır
179
09:56 / 23 Mart 2025
Güclü yanğın: Ölən var
207
09:02 / 23 Mart 2025
İsrail bombaladı: 18 nəfər ölüb
191
00:05 / 23 Mart 2025
İstanbulda dava olub- VİDEO
260
23:57 / 22 Mart 2025
Gədəbəydə Yaz qarı - VİDEO
263
23:44 / 22 Mart 2025
Məhşur aktyor uzun müddət sonra - VİDEO
285
23:19 / 22 Mart 2025
Putinin böyük planı
257
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.