Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125586
az

“Küləkli havada hündür ağacların altında dayanmayın”

17:2213 Dekabr, 2024
46
CƏMİYYƏT
  • A

“Sinoptiklər tərəfindən dekabrın 13-ü axşam saatlarından 14-ü günün ikinci yarısınadək  Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən qeyri-sabit, güclü küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib”.

Oxu24.com  xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

İ.İbrahimova qeyd edib ki, küləyin dekabrın 14-ü gecə və səhər saatlarında daha da güclənəcəyini nəzərə alaraq vətəndaşlardan ehtiyatlı davranmalarını, xəbərdarlıqlarla bağlı məlumatlara və çağırışlara diqqət yetirmələri tövsiyə edilir:

“Verilən hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür. Bu baxımdan xəbərdarlıqları və çağırışları ciddiyə almaq vacibdir. Vətəndaşlara tövsiyə edirik ki, hava ilə bağlı xəbərdarlıqları və məlumatları diqqətlə izləsinlər, küləkli hava şəraitində ehtiyatlı olsunlar, hündür ağacların altında dayanmasınlar, nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamasınlar, təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər.

Bu, mümkün təhlükələrdən  əvvəlcədən xəbər tutmağa, özümüzü və yaxınlarımızı qorumağa imkan yaradır. Vətəndaşlarımızın davamlı olaraq hava durumu barədə məlumatlandırılmasının, xəbərdarlıqların verilməsinin də məqsədi budur”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Metrodan istifadə edənlərin nəzərinə! - Sabah...
O maşını kim sürürdü? - 17 yaşı var imiş
Nizaməddin Şəmsizadə komaya düşdü

4 qulaqlı pişik görənləri MAT QOYDU - FOTOlar

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
88 yaşlı kişini maşın vurub öldürdü