Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12453
az

Böcək dərmanlarının tapıldığı məhsullar - SİYAHI

21:3826 Aprel, 2019
598
  • A
Bəzən böyük bir iştahla yediyimiz məhsullar bol suda yuduqdan sonra belə, heç də faydalı olmaya bilər. Belə ki, yetərincə təmizlənməyən meyvə və tərəvəz məhsulları sağlamlığımız üçün böyük təhlükələr yarada bilər.

Oxu24.com böcək dərmanı istifadə olunan məhsullar və onlardan qorunmağın ən asan üsullarını təqdim edir.

Mütəxəssislər kənd təsərrüfatında istifadə olunan dərmanların meyvə və tərəvəz məhsullarına zərər verdiyini açıqlayıblar. Fermerlərin məhsulların ömrünü uzatmaq və gəmiricilərdən qorunmaq üçün istifadə etdikləri kimyəvi dərmanların insanlarda ölümcül xəstəliklərə yol açdığı aşkarlanıb. Belə ki, kimyəvi dərmanlar insanlarda sinir sistemindən ürək və qaraciyərə qədər bir çox orqanlarda ciddi fəsadlara yol açmaqla, alzheimer və parkinson kimi nevrolojik rahatsızlıqlara səbəb olur.

Araşdırmalar nəticəsində meyvə və tərəvəz məhsullarının 50 faizdən çoxunda kimyəvi dərmanların yığıntısı aşkar olunub.

Ən çox diqqət edilməsi vacib olan meyvə və tərəvəzlər bunlardır: alma, çiyələk, üzüm, gilas, pomidor, şaftalı, ispanaq, kərəviz, nektarin və dolmalıq bibər. Bu meyvə və tərəvəzlərdə böcək dərmanları daha çox tapılır. Buna görə də təbii məhsullardan istifadə edilməlidir. Meyvə-tərəvəzi öz mövsümündə almaq, GMO-lu məhsullardan uzaq durmaq daha faydalı olar. Həmçinin, çox parlaq və qoxusuz almalar almaq olmaz. Çünki üzərində balmumu olur.

Bütün meyvə və tərəvəzlərin kimyəvi dərmanlardan tam təmizlənməsi üçün aşağıdakı qarışığı hazırlayın:

1 litr suya 1 stəkan sirkə tökün. Üzərinə 1 ədəd limon sıxın. Yeyiləcək meyvə və tərəvəzləri hazırlanan qarışımın içində 15 dəqiqə saxlayın. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 ildən sonra Laçında ikinci dəfə toy çalındı - FOTO
Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO