Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118013
az

Körpəyə siqaret verib şəklini paylaşdılar - Hansı cəza veriləcək?

23:5513 Sentyabr, 2024
56
CƏMİYYƏT
  • A

Sosial şəbəkələrdə azyaşlının yaxınları tərəfindən zərərli vərdişlərə cəlb olunmasını əks etdirən görüntülər yayılıb.

OXU24.COM  xəbər verir ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, xoşagəlməz görüntülər Dövlət Komitəsi tərəfindən dərhal nəzarətə götürülüb və aidiyyəti qurumlarla birgə araşdırma aparılıb:

“Nəticədə Abşeron rayon sakini olan valideynlər rayon icra hakimiyyətinə dəvət olunublar. Fotoda uşağın dayısı tərəfindən ötən il ailə məclislərinin birində zarafat məqsədli çəkilərək paylaşdığını iddia edən valideynlərlə profilaktik söhbət aparılıb, qanunvericiliyə müvafiq olaraq valideyn öhdəliyi, vəzifə və məsuliyyətləri ilə bağlı ətraflı məlumat verilib”.

Valideynlərin diqqətinə çatdırılıb ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur: “Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynlər öz valideynlik vəzifələrini yerinə yetirmədikdə isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilə bilər”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Namiq İsmayılovun oğlu faciəvi şəkildə öldü
120 yaşa qədər yaşamaq indi də mümkündür
“Sanki mənə evlilik təklif edib,”hə” cavabı alıb…” - FOTOlar

Restoranda başına iş gəldi

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Əməkdar mədəniyyət işçisi məhkəməyəgəlməkdən yayınır