Müəllimlərə xəbər var
05 Aprel 2025, 09:33
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
103
13.09.2024, 15:43
2024-cü ilin sentyabr ayının ötən günləri ərzində havanın temperaturu əksər günlərdə iqlim normasından yüksək olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 sentyabr tarixində 35 dərəcə isti, bölgələr üzrə isə 2-3 sentyabr tarixlərində Naxçıvanda 38 dərəcə isti müşahidə olunub.
Oxu24.com xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.
O qeyd edib ki, sentyabr ayının ötən dövrü ərzində əksər bölgələrdə yağmursuz hava şəraiti müşahidə olunsa da, əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağıntı qeydə alınıb. Ümumilikdə bölgələr üzrə 5 gün yağıntılı hava şəraiti olub. Ən çox yağıntı Balakən-Şəki bölgəsinə düşüb. Həmçinin, 13 sentyabr tarixində Şahdağın 3500 metrdən yüksək olan dağlıq ərazilərinə qar yağıb.
“Sentyabr ayının ötən dövrünün bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq narıncı və sarı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 2 gün, bölgələrdə isə 8 gün küləkli olub, küləyin maksimal sürəti Abşeron yarımadasında 23 m/s, bölgələrdə isə 24 m/s-dək güclənib.”
G. Abbasovanın sözlərinə görə növbəti bir həftə ərzində də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin 14-də və 17-də səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Havanın temperaturu gecə 18-23 dərəcə, gündüz 26-30 dərəcə isti olacağı gözlənilir.
Bölgələrdə də növbəti bir həftə ərzində hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda gecə və axşam saatlarında yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Temperatur gecə 18-23 dərəcə, gündüz 28-33 dərəcə, dağlarda gecə 7-12 dərəcə, gündüz 13-18 isti olacağı ehtimal edilir.
Həmçinin oxuyun
***12:56
Sentyabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 759 civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, səhər yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-15° isti olacaq.
09:20 / 05 Aprel 2025
Kişi meyiti aşkarlandı
5
21:56 / 04 Aprel 2025
Azər İbrahimova MN-də yüksək vəzifə verildi
127
21:55 / 04 Aprel 2025
Polis itən oğlanı AXTARIR - FOTO
110
21:50 / 04 Aprel 2025
Dövlət Kukla Teatrına direktor təyin edildi
119
20:37 / 04 Aprel 2025
ŞOK! Rusiya dövlətli məşhur Azərbaycan müğənnisinin milyonluq obyektini əlindən aldı — VİDEO
1649
20:35 / 04 Aprel 2025
Nail Məmmədov rəis oldu
144
20:33 / 04 Aprel 2025
Müharibə davam edir: Rusiya danışıqlar zamanı təzyiqi gücləndirir
111
20:26 / 04 Aprel 2025
Kanada ABŞ-ı əvəz etməyi hədəfləyir
115
20:15 / 04 Aprel 2025
"Lələtəpə" uğrunda yaralanan qazi ilə MÜSAHİBƏ
5610
19:54 / 04 Aprel 2025
Avropada doğum sayı kəskin azaldı
127
19:54 / 04 Aprel 2025
İfası ilə gündəm oldu — VİDEO
241
19:52 / 04 Aprel 2025
Bəzi ərazilərdə söküntü başlayacaq
133
19:51 / 04 Aprel 2025
“Embawood” qüsurlu mebel satıb - RƏSMİ
108
19:30 / 04 Aprel 2025
Lukaşenko məşuqələrə pul xərcləyənlərə irad bildirib
120
19:18 / 04 Aprel 2025
Rusiya baş nazirinin müavini ABŞ-ın Avropa üçün tariflərinin nəticələrini açıqlayıb
104
19:14 / 04 Aprel 2025
SON DƏQİQƏ! Yüksək vəzifəyə təyinat oldu
618
19:09 / 04 Aprel 2025
Qəzzada ən azı 26 fələstinlini öldürüb
115
19:06 / 04 Aprel 2025
Finlandiya piyada əleyhinə mina konvensiyasından çıxma risklərini haqlı adlandırır
105
18:50 / 04 Aprel 2025
İQ səviyyəni bu testlə yoxla! — DOĞRU CAVAB
484
18:42 / 04 Aprel 2025
Şevçenko UEFA seçkilərindəki məğlubiyyəti izah edir
116
18:32 / 04 Aprel 2025
DİN Qənirə Ataşovanı şantaj edənin hesabını sildi
130
18:23 / 04 Aprel 2025
Akademik Musiqili Teatrına yeni direktor təyin edilib
117
18:10 / 04 Aprel 2025
ABŞ Rusiyanın qələbəsini tanıdı
117
18:10 / 04 Aprel 2025
Tramp Çinin cavab tariflərinə reaksiya verib
107
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.