Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1174
az

“Şadlıq evləri azərbaycanlıların vəhşi həyat tərzini göstərir” - Deputat

15:3728 Aprel, 2018
950
  • A

Uzun illərdir ki, Azərbaycanda dəfn və yas mərasimləri təmtəraqlı bir hala gətirilib. Vəfat edənlərin yaxınları ehsan süfrələri açarkən qonşularından geri qalmamaq üçün daha yaxşısını etməyə can atırlar. Doğrudur, bir müddət öncə yas mərasimlərində israfçılığın aradan qaldırılması ilə bağlı müəyyən addımlar atıldı, amma sonra yenidən əvvəlki vəziyyətə qayıdıldı. Verilən  tövsiyələr unuduldu. Hətta respublikanın müxtəlif yerlərində bəzi şadlıq evləri artıq funksiyasını dəyişib. Şadlıq evləri mərasim salonlarına çevrilir. Oxu24.com” xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa Modern.az-a açıqlama  verib. 
Deputat bildirib ki, şadlıq evləri yalnız mərasim zallarına çevrilsə dərd yarıdır.

“Şadlıq evləri həm də Azərbaycan xalqının ən anormal, vəhşi bir həyat tərzini göstərən modelidir.  Dünyanın heç bir yerində şadlıq evi yoxdur. Hətta Rusiyanın bir kəndində belə şadlıq evi tapa bilməzsən. Orada azərbaycanlılar şadlıq evi tikməsələr, başqa kim tikər ki... Nəyə lazımdır axı toylara bu qədər məsrəf qoymaq. Ona görə şadlıq evlərinin mərasim zallarına çevrilməsi xalqın faydasınadır”.

Fazil Mustafa təmtəraqlı yas mərasimlərinin yenidən dəbə minməsi ilə bağlı da fikirlərini bildirib.

“Dəbdəbəli yas mərasimlərinin keçirilməsi bizim milli adət-ənənəmizdir. Amma bu, mənasız bir ənənədir. İnsanların dinlə bağlı təsəvvürlərinin doğru olmamasından qaynaqlanan bir ənənədir. Ona görə də bu halları ortadan qaldırmaq hələ ki, mükün olmur. Cəmiyyətimiz şöhrətpərəst cəmiyyətdir.  Hətta onun-bunun müqayisəsində özünün həyatını qurmuş cəmiyyətdir.  Ona görə də bu cəmiyyətin yası da, toyu da belə olmalıdır . Çünki insan öz həyatının mənasını, özünə faydalı olanı bilmirsə, bunu qanunla bildirmək mümkün deyil”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı