Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115951
az

Starmer Pezeşkian ilə 30 dəqiqə telefonla danışdı

09:5413 Avqust, 2024
64
CƏMİYYƏT
  • A

Böyük Britaniyanın Baş naziri Kir Starmer Yaxın Şərqdə gərginliyi azaltmaq üçün beynəlxalq səylər çərçivəsində İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.

OXU24.COM xəbər verir ki, bu barədə Britaniya baş nazirliyinin ofisi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı 30 dəqiqə çəkib. Kir Starmer İranı İsrailə hücum etməkdən çəkinməyə çağırıb və əlavə edib ki, müharibə heç kimin xeyrinə deyil. Baş nazir regiondakı vəziyyətdən dərindən narahat olduğunu bildirib və bütün tərəfləri gərginliyi azaltmağa, gələcək regional qarşıdurmadan qaçmağa çağırıb.

Qeyd edək ki, bu zəng son üç ildə Böyük Britaniyanın Baş naziri ilə İran Prezidenti arasında baş tutan ilk zəngdir. Bundan öncə isə 2021-ci ilin mart ayında Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson İranın keçmiş Prezidenti Həsən Ruhani ilə telefon danışığı aparmışdı.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İş adamı azərbaycanlı müğənniyə bahalı hədiyyə aldı -VİDEO

İndi əsas məsələ budur -Zelenski
Mehriban Ələkbərzadənin bu sözlərinə görə işdən çıxdım” -Corc görün nələr danışdı

İnəkləri üçün 4 mərtəbəli bina tikdi

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Saxta əlillik təyinatına görə saxlanılan rəis məhkəmə qarşısına çıxarılır