Qaynar xətt:

(+99450) 247 90 86

Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunub

CƏMİYYƏT

255

02.07.2024, 21:46

Qarabağ Universitetində Tədris məsələləri üzrə prorektor və Elm və İnnovasiya məsələləri üzrə prorektor vəzifələri üzrə vakansiyalar elan edilib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Oxu24.com-a verilən xəbərə görə, tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_prorektor” yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiyalar üzrə son müraciət tarixi 8 iyul 2024-cü ildir. Namizədlər ətraflı məlumatla elanlar vasitəsilə tanış ola bilərlər.

Tədris məsələləri üzrə prorektor: //t.ly/TF6WJ

Elm və İnnovasiya məsələləri: //t.ly/Rrict