Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11338
az

Dondurulmuş qidalar ağır xəstəliklərə səbəb olur - Həkimlərdən xəbərdarlıq - FOTO

22:0027 Mart, 2019
757
CƏMİYYƏT
  • A
Dondurulmuş qidalardan tez-tez istifadə edirsinizsə, tərkibini diqqətlə oxuyun.

Oxu24.com bildirir ki, belə qidalar ürək-damar, şəkər xəstəliklərinə, hətta orqanizmdəki hüceyrələrin xarab olmasına belə səbəb ola bilər.

Ürək xəstəliyi

Dondurulmuş qidalar trans yağlarla zəngindir. Bu isə ürək xəstəliyinə yoluxma riskini artırır və eyni zamanda damarların tıxanmasına səbəb olur. Trans yağlar xolesterolu artırır.

Qan təzyiqi

Dondurulmuş qidaların tərkibində orqanizmə müxtəlif təsirləri olan maddələr var. Şəkəri və ya duzu çox yüksək səviyyədə olan donmuş qidalar qan təzyiqinə mənfi təsir edir. Bir çox hallarda isə qan təzyiqini kəskin artırır.

Diabet

Nişasta donmuş qidaları təzə saxlamaq üçün istifadə edilir. Nişasta eyni zamanda yeməyə dad və qoxu da əlavə edir. Bununla birlikdə, nişasta qlükoza polimeridir. Orqanizm bu qlükozanı həzm etmədən şəkərə çevirir. Həddən artıq şəkər isə şəkər xəstəliyinə yoluxma riskini artırır.

Xərçəng riski

Tədqiqatlar zamanı məlum olub ki, donmuş qidalar, xüsusən də ət pankreas xərçənginə səbəb olur. Aparılan təcrübədə isə donmuş sosis və sendviçlərin xərçəngə yoluxma riskinin ətdən daha çox olduğunu üzə çıxarıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ölkə əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkib
Ölkədəki aliment ödəyicilərinin sayı açıqlandı
Allahşükür Paşazadə Xameneyiyə başsağlığı verdi

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

18+

Küçədə qıza hücum edən şəxs kameraya düşdü (18+VİDEO)
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO