Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111977
az

Külək ağacı aşırdı: Magistral yol bağlandı - VİDEO

12:2613 İyun, 2024
57
CƏMİYYƏT
  • A

Ötən gündən başlayaraq əsən güclü külək nəticəsində Qəbələ rayonunda iki ünvanda irigövdəli ağacların aşması səbəbindən təhlükəli vəziyyətin yaranması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.

Oxu24.com xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Belə ki, Bakı-Qəbələ magistral avtomobil yolunun Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisindən keçən hissəsində irigövdəli ağacın aşması və nəticədə magistiral yolun bağlanması barədə daxil olmuş məlumat əsasında FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunublar. Xilasedicilər müvafiq vasitələrlə aşmış ağacın hissələrə kəsərək yoldan götürülməsini, bununla da magistral yolda sərbəst hərəkətin bərpasını təmin ediblər.

Bundan başqa, Mərkəzin xilasediciləri tərəfindən Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsində vətəndaşa məxsus fərdi yaşayış evinin üzərinə aşmış ağac hissələrə kəsilərək götürülüb və yaranmış təhlükə aradan qaldırılıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Tuğ"un sərhədləri və mühafizə zonası təsdiqləndi
Bakının bu prospektində təmir işləri yekunlaşdı - VİDEO
"Gəncə sakininin nəvəsinin kimlərinsə təhriki ilə oğurluq etməsi yalandır" - DİN

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qadını yaşadığı evdə qətlə yetirmək istəyən həmkəndlisi həbs edilib