Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108091
az

Bədəndə bioloji saatın sinxronizasiyası qocalmanın qarşısını ala bilər

09:1907 May, 2024
358
CƏMİYYƏT
  • A

Bədəndə iki fərqli bioloji saatın sinxronizasiyası qocalmanın qarşısını ala bilər.

 

OXU24.COM  bildirir ki, 24 saatlıq dövr ərzində bioloji prosesləri tənzimləyən sirkadiyalı saatlar hüceyrə funksiyalarının ətraf mühitdəki gündəlik dəyişikliklərə uyğunlaşmasını təmin edir. Müxtəlif toxumalarda periferik saatlarla əlaqə quraraq beyindəki mərkəzi saat tərəfindən koordinasiya edilən sirkadiyalı ritmlər yuxu rejimindən qida həzminə qədər bir çox funksiyaya təsir edir.

 

Kataloniya Tədqiqat və Qabaqcıl Tədqiqatlar İnstitutunun (ICREA) tədqiqatçıları əzələ və dəridə mərkəzi saat və periferik saatların sinxronizasiyasının toxumaların fəaliyyətində əsas rol oynadığını aşkar ediblər. Araşdırmanın nəticələri iki ayrı məqalədə dərc edilib.

 

“Science” jurnalında dərc edilən araşdırmada, iki saat koordinasiyada işləməyin təkcə əzələlərin gündəlik fəaliyyətini təmin etmək deyil, həm də oradakı toxumaların vaxtından əvvəl qocalmasının qarşısını almaq üçün həyati əhəmiyyət kəsb etdiyi ortaya çıxıb.

 

Siçanlar üzərində aparılan təcrübələrdə, sirkadiyalı ritmin yenilənməsinin əzələ kütləsi və gücü itkisini azaltmaqla pozulmuş motor funksiyalarını yaxşılaşdırdığı görülüb. Bundan əlavə, günün müəyyən intervalında (məsələn, 10.00-18.00 arası) yemək yeyilən vaxt məhdudiyyətli qidalanma yolu ilə sirkadiyalı ritmin tənzimlənməsinin əzələlərin zəifləməsini, metabolik və motor funksiyaların pisləşməsini azalda biləcəyi müşahidə edilib. Prosesin gündüz saatlarında dərinin ultrabənövşəyi şüalara məruz qaldığı vaxtlarda baş verdiyi, mutasiyaların yığılma riskini artırdığı bildirilib.


Başqa sözlə, mərkəzi saat bütün orqanizmin bioloji ritmlərini tənzimləsə də, müxtəlif periferik saatlar həyati əhəmiyyət kəsb edə bilər.

 

Bu tədqiqatlar həmçinin müəyyən edib ki, periferik saatlar mərkəzi saatın olmadığı şəraitdə 24 saatlıq dövrəni saxlamaqla sirkadiyalı funksiyaların təxminən 15 faizini idarə etmək üçün kifayət qədər avtonomdur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda rəfiqələr birləşib qadını öldürdü - Səbəb dəhşətə gətirir
Qaraciyərin piylənməsi xərçəng xəstəliyinə necə səbəb olur?
Bu əlamətlər varsa böyrəyiniz xəstədir - Dərhal həkimə müraciət edin!

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qaxda azyaşlı qızı yük    maşını      vurdu