Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10724
az

Böyrəkləri qoruyan 8 QİDA

11:3610 Mart, 2019
1033
CƏMİYYƏT
  • A
Böyrək bədəndə bir çox funksiyaları yerinə yetirən əsas orqanlardan biridir.

Böyrəklərin sağlamlığını qorumaq üçün təbii qidaların gücündən faydalanmaq lazımdır. Böyrəyə faydalı olan qidaları yeməklə xəstəliklərin qarşısını almaq, böyrəklərin işini daha yaxşı təmin etmək olar.

1. Qatıq

Oxu24.com saglamolun.az-a istinadən bildirir ki, kalsium və D vitamini baxımından zəngin olan qatıq böyrək sağlamlığında mühüm rol oynayan qidalardan biridir. Xüsusilə yemək aralarında yeyilən qatığın böyrək sistemini tənzimləyən və işinə kömək edən təsiri mövcuddur. Təzə meyvə və ya tərəvəzlərlə qarışdırılaraq yeyilən qatıq meyvələrin C vitamini və mineral təsirləriylə birləşərək böyrək funksiyalarına müsbət təsir edir.

2. Balqabaq tumu

Sink və dəmir mineralları ilə zəngin olan balqabaq tumu Omeqa 3 təsiri baxımından böyrək xəstəliklərində olduqca faydalıdır. Şəkər tarazlayıcı və böyrək sistemlərini təmizləyici funksiyanı yerinə yetirir. Bununla yanaşı, immunitet sistemini gücləndirən və depressiya, xroniki halsızlıq kimi mənfi hallara müsbət təsir edən daha bir xüsusiyyəti mövcuddur.

3. Balqabaq

Balqabaq xüsusilə böyrək daşı problemlərinə qarşı təsirli bir qidadır. Balqabağın tərkibində olan kalsium böyrək daşının meydana gəlməsinin qarşısını alır.

4. Alma

Əsasən qırmızı alma böyrək xəstəliklərinin müalicəsinə kömək edir və bir çox başqa xəstəliklərə tutulmamaq üçün qoruyucu vəzifəni yerinə yetirir. Alma böyrəyi təmizləyir və lif tərkibi ilə süzmə əməliyyatını ən yaxşı formada reallaşdırır. Gündə bir orta ölçülü alma yemək böyrək sağlamlığı üçün əhəmiyyətlidir.

5. Cəfəri

Mill.az xəbər verir ki, C vitamini təsiri yüksək olan cəfəri tərkibində olan vitamin və minerallarla böyrəkləri təmizləmə və işinə dəstək olma baxımından əvəzsizdir. Tərkibində su olan cəfəri hər səhər yeməyində çiy formada yeyildikdə dəmirin sorulmasına kömək olur. Cəfərinin enerji verici və lif təsiri yüksəkdir. Bununla yanaşı, mərkəzi sinir sisteminə də müsbət təsirləri mövcuddur.

6. Gavalı

Bədəndə dəmirin sorulmasına kömək olan gavalı A, B, C vitaminləri baxımından olduqca zəngindir. Böyrək başda olmaqla, ürək və xolesterol xəstəliklərinə da yaxşı təsir edir. Maddələr mübadiləsini sürətləndirir və eyni zamanda əvəzedilməz antioksidantdır.

7. Somon balığı

Omega 3 tərkibli balıq qrupları böyrək xəstəliklərini müalicə edən gücə malikdir. Tərkibində xəstəliklərdən qoruyan və böyrəyin rahat formada bütün funksiyaları reallaşdırması üçün lazım olan bütün minerallar var. Sink və dəmir tərkibi böyrəklərin işləməsinə və xəstəliklərin yaranmasının qarşısını almağa yardım edir.

8. Düyü

Düyü böyrək xəstəlikləri nəticəsində itirilən kalorilərin bərpası və xəstəliyin inkişafının qarşısının alınması, insanın həyat keyfiyyətinin artması baxımından olduqca əhəmiyyətlidir. Düyü şəkər xəstəliklərində diqqətli yeyilməlidir. Yüksək şəkəri olan böyrək xəstələrində xəstəliyi mənfi istiqamətdə dəyişdirə bilər. Lakin şəkər normada olduğu zaman düyü böyrəklərə müsbət təsir edir və müalicəsinə kömək olur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı metrosunda sərnişin öldü
Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO
Üzünüzə küncüt çəkin və effektini görün

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü