Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107116
az

“Streptokok A” infeksiyası özünü dəri səpgiləri ilə də göstərir

19:4925 Aprel, 2024
56
  • A

Son vaxtlar digər virus bakteriyaları ilə yanaşı, “Streptokok A” infeksiyasına yoluxmalar da qeydə alınır. Həkimlərin dediyinə görə, əslində bu infeksiya qarşılaşdığımız yeni xəstəlik deyil. Onu başqalarından fərqləndirmək üçün boğazdan yaxma üsulu ilə test götürülür və nəticəsi 48 saat ərzində aşkar edilır. Həkimlər yuxarı tənəffüs yollarının infeksiyası ilə başlanılan xəstəliyə vaxtında müdaxilə edilmədikdə pnevmoniyaya və daha ağır hallara səbəb olacağını bildirirlər.

OXU24.COM  xəbər verir ki, K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun baş həkimi Azər Əhmədov deyib: “Streptokok A” infeksiyasına yoluxanların sayında artım olduğu müşahidə edilsə də, şükürlər olsun ki, hər hansı ölüm halı ilə üzləşməmişik. Bir az ağır vəziyyətdə olan xəstələr stasionar şəraitdə müalicə olunduqdan sonra yaxşılaşaraq evə buraxılır. Daha çox 3-5 yaş arasındakı uşaqlarda müşahidə edilir, ancaq 5-15 yaş arasında olanlar daha çox narahatlıq doğurur. Həmin yaş arasında olan uşaqlarda bu infeksiya revmatizm xəstəliyinə səbəb olur və onun fəsadları olaraq ürək xəstəliklərinə - miokardit və perikarditlərə qədər gətirib çıxara bilir. Bunlar ömür boyu davam edən və geridönməz proseslərə səbəb olur”.

Həkim onu da qeyd edib ki, həmin infeksiya özünü dəri səpgiləri ilə də göstərir. Uşaqların dərisində və dilində çiyələk formasında qızarmış səpgilər müşahidə olunduqda həkimə müraciət etmək lazımdır. “Streptokok A” infeksiyasının müalicəsinə gəldikdə isə bu virus yox, bakteriya olduğu üçün həkim məsləhəti ilə “penisillin” qrupu antibiotiklərdən istifadə edilməsi kifayətdir. Burada əsas məqam ondan ibarətdir ki, uşaqlarda həmin əlamətlərə rast gəldikdə türkəçarələrlə yox, ilk növbədə həkimə müraciət edərək düzgün diaqnoz əsasında müalicə aparılmalıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO
Zelenski təcili olaraq Baş Qərargahı TOPLADI: Qərb nə tələb edib?
Azərbaycanla bu ölkə arasında viza rejimi LƏĞV EDİLDİ

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Arzu əri tərəfindən bıçaqlanıb - VİDEO