Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106985
az

İmmunçatışmazlığı olan hər il qripə qarşı peyvənd edilməlidir - SN

16:2224 Aprel, 2024
61
CƏMİYYƏT
  • A

Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir.


Oxu24.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatrı Səbinə Cəfərova bildirib.


Pediatr qeyd edib ki, infeksiya (bakteriya və ya virus) ilə qarşılaşma ciddi ağırlaşmalara səbəb ola bilər və xroniki xəstəliyin şiddətini artıra bilər.


"Peyvənd infeksiyalardan qorunmağa kömək edə bilər. Bununla belə, bu cür uşaqlar üçün peyvəndlər fərdi peyvəndləmə taktikasının diqqətlə seçilməsini və tətbiqini tələb edir. Peyvənd anamnestik məlumatlar, perinatal dövrün xüsusiyyətlərini, psixofiziki inkişafı, keçmiş xəstəlikləri öyrəndikdən sonra başlamalıdır".


Səbinə Cəfərova bildirib ki, uşaq kəskin xəstəlik vəziyyətindədirsə, o zaman xəstəlik dövründə peyvənd azad edilir.


"Müxtəlif xroniki xəstəliklər üçün uşaqlar remissiya mərhələsində peyvənd edilir. Belə hallarda həkim uşağı müayinə etdikdən, onun müayinəsi, müalicəsinin məlumatları ilə tanış olduqdan, müvafiq mütəxəssislərlə məsləhətləşdikdən sonra peyvənd etməyə başlama imkanını müəyyən edir: nevroloq, allerqoloq, otolarinqoloq və s. İmmun çatışmazlığı olan uşaqlar yalnız inaktivləşdirilmiş vaksinlərlə peyvənd oluna bilər. Xəstəliyin kliniki təzahürləri və immun çatışmazlığı olmayan İİV-ə yoluxan uşaqlar peyvənd təqvimindəki bütün peyvəndlərlə peyvənd olunurlar".


Pediatr bildirib ki, immunçatışmazlığı olan bütün uşaqlara adi peyvəndlərlə yanaşı hər il qripə qarşı peyvənd edilməlidir.


Qeyd edək ki, Azərbaycanın səhiyyə naziri Teymur Musayev 2024-cü il 21–27 aprel tarixlərində respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb.


Belə ki, Sənədə əsasən Azərbaycanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi təşkilatı-hüquqi formasından asılı olmayaraq, respublikanın bütün tibb idarə və müəssisələrinin rəhbərlərinə tapşırılıb.


Respublikanın bütün şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan regionlarda monitorinqlərin keçirilməsi də burada öz əksini tapıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…
Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü