Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106717
az

Ağdaşda internet xətlərini oğurlayanlar saxlanıldı

11:1122 Aprel, 2024
67
  • A

Ağdaş rayonu ərazisindən keçən internet xətlərinin oğurlanması barədə polisə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Kamal Qədirov və İmran Cumayev saxlanılıblar. Araşdırmalarla onların oğurladıqları naqilləri əlvan metal qəbulu məntəqələrinə satdıqları və əldə etdikləri pulu öz aralarında böldükləri müəyyən edilib.

 

Keçirilən digər tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Çingiz Mirzəağayev, Anar Alıyev, Elmir Adıgözəlov və Gündüz Xəlilov saxlanılıblar. Onlardan marixuana və kultivasiya edilərək yetişdirilən çətənə bitkiləri aşkar edilib.

 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİM imtahanları cavabı ilə bağlı AÇIQLAMA YAYDI
“Azərlotereya” “Bakı Marafonu-2024”də 
Şəkidə 68 yaşlı qadını avtomobil vuraraq öldürüb

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Bakıda silahlı şəxs tutulub