Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106587
az

İnsan qanı ilə qidalanan bakteriyalar aşkarlandı - FOTO

20:1819 Aprel, 2024
64
CƏMİYYƏT
  • A

ABŞ-da aparılan bir araşdırma bəzi ölümcül bakteriyaların insan qanı ilə qidalandığını üzə çıxarıb.

OXU24.COM  xəbər verir ki, Vaşinqton Dövlət Universitetinin alimləri qan dövranı infeksiyalarının baş verməsini araşdırıblar. Bu zaman bəzi ölümcül bakteriyaların insan qanında kimyəvi maddəyə çevrildiyini və orada qidalandığını aşkar ediblər.

Tədqiqat rəhbəri Siena Glenn bildirib ki, "salmonella", "escherichia coli" və "citrobacter koseri" adlı üç ölümcül qida yoluxucu bakteriya insan qanını hədəf alır:

“Xüsusilə bağırsaq xəstəlikləri olan insanlarda həzm sistemindəki kəsiklər vasitəsilə qan dövranına daxil olur. Bakteriyaların qan mənbələrinə necə çatdığını öyrəndikdən sonra uyğun dərmanlar hazırlanacaq. Bu dərmanlar sayəsində xüsusilə qan yolu infeksiyası riski olan insanların daha sağlam ola biləcək”.

Müvafiq araşdırmanın nəticələri “eLife” elmi jurnalında dərc olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc