Son bir neçə həftədir, Azərbaycanda çoxmərtəbəli binaların yanması ilə bağlı xəbərlərdə artım müşahidə edilir. Dünən yataqxanada, ötən həftə yaşayış mənzilində, bu gün yenidən fərqli bölgələrdə baş verən yanğınlar... Təəssüf ki, binalar yanmaqla qalmır, həmçinin sakinlərin ölümü və ya ağır xəsarəti ilə nəticələnir.
Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev “Yeni Sabah”a danışarkən qeyd edib ki, çoxmərtəbəli binalar inşa ediləndə bütün lazım olan təhlükəsizlik norma və standartlar nəzərə alınmalıdır:
“Binanın həyətində ehtiyat su çəninin, yanğın söndürmə şitlərinin, yanğın hidrantlarının , yanğınsöndürmə balonlarının , binanın həyətində fövqəladə vəziyyətdə təhlükəsiz toplanış yerinin, binanın strateji və təhlükə potensiallı yerlərində ( binanın zirzəmsi , qaraji , generator otağı , qazanxana və s. daxildir ) yanğına siqnalizasi datçiklərinin olması yanğın təhlükəsi zamanı onun qarşısının alınmasını və insanlara, həmçinin əmlaka dəyən ziyanın minimum olmasını təmin edir. Binaya cavabdeh şəxslər həyətdə olan ehtiyat su çəninin daim dolu, yanğın hidrantlarının həmişə işlək vəziyyətdə olmasına nəzarət etməlidir. Fövqəladə vəziyyət zamanı insanların rahat və təhlükəsiz təxliyyə edilməsi üçün yanğınsöndürən maşınların , təcili tibbi yardım maşınlarının binanın həyətinə maneəsiz girişini təmin etmək üçün lazımi şəraiti yaradılmalıdır”.
Ekspert düşünür ki, bina sakinləri də fövqəladə vəziyyətdə necə davranmalı olduqlarına dair maarifləndirilməlidir:
“Yəni insanlar fövqəladə halda necə davranmalarına dair ilkin biliklərə sahib olsun . Əvvəla, soyuqqanlı olmaq , özünü itirməmək lazımdır.Yanğın vaxtı insanlar təlaş içində olur , əksəriyyəti özünü itirir . Necə davranmaq lazım olduğunu unudurlar. Ona görə insanların maarifləndirilməsinə ehtiyac vardır. Lifti olan binada yanğın vaxtı liftdən istifadə etmək olmaz . Evdə tüstüdən qorunmaq üçün nəm dəsmalı nəfəs yollarına tutub zəhərlənmədən qorunmaq olar. Binalarda baş verən yanğınların böyük əksəriyyəti elektrik qısaqapanmasından baş verir. Buna görə evdə elektrik paylayıcılarını çox yükləməmək lazımdır. Eyni anda bir neçə elektrik avadanlığını (tozsoran , televizor , soyuducu , paltaryuyan və.s) işlətməmək məsləhətdir. Evdə , məhəccərdə açıq oddan istifadə etməmək , evi tərk etdikdə qazın , işığın sönməsini yoxlamaq lazımdır. Evdə təmir aparıldıqda yaxud digər səbəblərdən ehtiyac yaranarsa , elektrik və qaz cihazlarına , yerlərinin dəyişdirilməsi və ya nasazlığın aradan qaldırılması üçün müdaxilə etməmək və aidiyyatı üzrə quruma müraciət edib mütəxəssisərin iştirakı ilə etmək məsləhətdir. Unutmaq olmaz ki, adi bir ehtiyatsızlıq bədbəxt hadisələrə və insana həyatı bahasına gələ bilər”.
Oxu24.com
ŞƏRHLƏR