Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105944
az

Si Szinpin: \"Dünyada Tayvan və Çini parçalaya biləcək güc yoxdur\"

21:0610 Aprel, 2024
76
  • A


Çin prezidenti Si Szinpin deyib ki, dünyada Tayvan və Çini parçalaya biləcək güc yoxdur. 

OXU24.COM xəbər verir ki, o, bu barədə Pekində Tayvan administrasiyasının keçmiş rəhbəri Ma Yinq-jeou ilə görüşündə danışıb.

"Bizi parçalaya biləcək heç bir qüvvə yoxdur", deyə Çin lideri vurğulayıb.

Görüş Tiananmen meydanındakı Böyük Xalq Zalında keçirilib. Adanın keçmiş rəhbəri aprelin 1-dən Çində səfərdədir. Səfər zamanı o, Quandon, Şansi və Pekin əyalətlərində olub. Səfərin aprelin 11-də başa çatacağı gözlənilir.

Bundan əvvəl Si Szinpin ABŞ prezidenti Co Baydenlə telefon danışığı zamanı Tayvan məsələsinin iki ölkə arasında münasibətlərdə "qırmızı xətt" olduğunu demişdi. Çin liderinin sözlərinə görə, bu xətti keçmək olmaz. Si Sinpin ümid etdiyini bildirib ki, Birləşmiş Ştatlar Baydenin "Tayvanın müstəqilliyini" dəstəkləməmək barədə müsbət bəyanatını həyata keçirəcək.

Bu fonda ABŞ-ın Hind-Sakit Okean Komandanlığının rəhbəri admiral Con Aquilino deyib ki, bütün əlamətlər Çinin 2027-ci ilə qədər Tayvanı potensial işğala hazır olduğuna işarə edir.

Tayvan 1949-cu ildən, Çan Kay-şekin (1887-1975) başçılıq etdiyi Kuomintang qüvvələrinin qalıqları Çin Vətəndaş Müharibəsində məğlub olaraq adfaya qaçdıqdan sonra öz administrasiyası tərəfindən idarə olunur. Pekin Tayvanı Çin Xalq Respublikasının əyalətlərindən biri hesab edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc