Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105417
az

Bayram namazı nə zaman qılınacaq? - AÇIQLAMA

12:5404 Aprel, 2024
147
CƏMİYYƏT
  • A

“Bayram namazında iştirak etmək istəyənlər səhər saat 8 radələrində məsciddə olurlar”.

Bu sözləri OXU24.COM -a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, QMİ-nin bununla bağlı əmri yoxdur:

“Bəziləri soruşurlar ki, bayram namazı nə zaman qılınacaq? Bununla bağlı hələ heç nə elan olunmayıb. Lakin adət üzrə hər il eyni vaxtlarda olur. Namazın hansı vaxtlarda qılınacağı məscidlərin ixtiyarındadır. Bayram namazı bəzi məscidlərdə 08:00, 09:00, 09:30-da qılına bilər. Hələ ki, fərq yoxdur. Qafqaz Müsəlmanları İdarəsi əmr yox, tövsiyə verir”.

F.Nurullayev qeyd edib ki, məscidin imamları öz camaatına uyğun olaraq vaxtı təyin edə bilərlər:

“Yarım saat tez və ya gec fərqi yoxdur. Ciddi axtarışa ehtiyac yoxdur. Hələ ki, bizdə bununla bağlı məscidlərə qeyri-adi, yeni tapşırıqlar verilməyib. Ya həftəsonu, ya da bazar ertəsi günü deyiləcək. Məscidlərdən asılıdır. Camaata uyğun təyin edirlər. Konkret nə isə deyə bilmərəm”.

Qeyd edək ki, Ramazan ayı mart ayının 11-də başlayıb. Aprelin 10-11-də Ramazan bayramı qeyd olunacaq. Bayram namazı aprelin 10-da qılınacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
Xalq artistinin qızı nişanını qaytarıb

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ