Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105390
az

Birlik, bərabərlik və paylaşım: Ramazan xeyriyyə yarmarkası

09:5502 Aprel, 2024
17
CƏMİYYƏT
  • A

Birlik, bərabərlik və paylaşım: Ramazan xeyriyyə yarmarkası 

 “Red Hearts”- Qırmızı Ürəklər Fondu ənənəsinə sadiq qalaraq müqəddəs Ramazan ayında da balaca dostlarımızı sevindirməyə davam edir. Belə ki, Fond “İnkişafa Doğru” İmkansız Ailələrə Sosial Yardım və Hüquqi Maarifləndirmə İctimai Birliyi ilə birgə sosial layihələr çərçivəsində “Ramazan Xeyriyyə Yarmarkası” keçirəcək.

“Passage 1901” sərgi salonunda keçiriləcək yarmarkadan əldə olunan bütün gəlirlər kimsəsiz uşaqlara sərf olunacaq. 7 aprel 2024-cü il tarixində saat 10:00-dan 18:00-a kimi baş tutacaq yarmarkada  qonaqlar müxtəlif ləzzətli təamları kəşf edə, oyunlar oynaya və hədiyyələrlə dolu loterayada iştirak edə bilərlər. 

Ramazan ayı birlik və yardımlaşma ruhunu hiss etmək üçün dəyərli bir fürsətdir. Bu səbəbdən sizi bu nəcib təşəbbüsə qoşulmağa və dəstəyə ehtiyacı olan uşaqlara sevinc bəxş etməyə dəvət edirik. 

Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin  həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil olmaq kifayətdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nasaz maşın Heydər Əliyev prospektində sıxlıq yaratdı
İsmayıllıda ev, Lənkəranda maşın yandı
DYP-dən

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA