Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105328
az

Vilayət Eyvazov sıra baxışı keçirdi - Fotolar

21:2602 Aprel, 2024
251
CƏMİYYƏT
  • A

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 2-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 205 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 24 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

 
 

 
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc