Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105218
az

Azərbaycana taksi fəaliyyəti üçün çoxlu avtomobil gətirilib - “Karşerinq” xidməti... - VİDEO

13:2401 Aprel, 2024
142
CƏMİYYƏT
  • A

Taksi şirkətlərindən birinin ölkəyə yeni avtomobillər gətirdiyi iddia olunur.

OXU24.COM  baku.ws-ə istinadən bildirir ki, bununla bağlı görüntülər sosial şəbələlərdə yayılıb.

Videonun şərh bölməsində həmin avtomobillərin "karşerinq" xidməti üçün istifadə ediləcəyi bildirilib. Nəzərinizə çatdıraq ki, "Karşerinq" xidməti ilə vətəndaş avtomobili kirayə olaraq götürüb A nöqtəsindən B nöqtəsinə gedir.

Bəs görəsən dünya ölkələrində xeyli populyar olan bu xidətin Azərbaycanda tətbiqi nə dərəcədə realdır?

Məsələ ilə əlaqədar baku.ws-ə açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, "karşerinq" xidməti dünyanın istənilən ölkəsində aktivdir. Bu sistemin Azərbaycanda istifadəsi mümkündür:

"Hesab edirəm ki, bu daha gəlirli sahədir, nəinki maşını tələsik dəyər-dəyməzə satmaq".

Xidmət müqavilində qiymətlərə gəlincə isə ekspert deyir ki, bu, maşının neçə kilometr sürülməsindən asılıdır. Burada məsafəyə görə ödəniş taksi xidmətində olduğu kimi hesablana bilər:

"Bu xidmətin Moskva variantına icarənin bir növü kimi yanaşılır. Misal üçün icarəyə götürdüyün nəqliyyat vasitəsini mütləq haradan götürmüsənsə oraya qoymalısan. Lakin onda elə deyil. A nöqtəsindən B nöqtəsinə getmək istəyən şəxs maşını elə B nöqtəsində saxlayır. Belə olmağı üçün qanunvericilikdə də müəyyən dəyişikliyə ehtiyac var. Çünki avtomobillərin etibarnamə məsələsi də bizdə fərqli tənzimlənir".

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada -FOTO
Bu liderlərin təyyarəsinə raketdən müdafiə sistemləri quraşdırılacaq

Ərdoğan Kamala Harrislə görüşə bilər


Ata qızının başına müşahidə kamerası quraşdırdı: "Təhlükəsizliyin yeni səviyyəsi" -FOTO/VİDEO

18+

Yanan helikopterdən tullanan kişi sağ qalıb
Pakistanlı kişi qızının başına müşahidə kamerası quraşdırıb
Bu şəxslər vərəmə meyilli olurlar
Sonsuzluğun müalicəsində yeni üsul tapılıb
Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı