Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105125
az

MDBPutin hədələdi: miqrantlar təşvişdə... - Kütləvi şəkildə qaçırlar

16:1930 Mart, 2024
99
CƏMİYYƏT
  • A

Tacikistanın Əmək, Miqrasiya və Vətəndaşların Məşğulluğu Nazirliyi Rusiyadan əmək miqrantlarının axınının çox olduğunu deyib.

OXU24.COM  xəbər verir ki, bu barədə respublikanın əmək nazirinin müavini Şahnoza Nodiri məlumat yayıb.

“Çoxlu zənglər olur. Vətəndaşlarımız qorxu, həyəcan, çaşqınlıq içindədir. Onların əksəriyyəti Rusiyanı tərk etmək istəyirlər”, - nazir müavini qeyd edib. O bildirib ki, hazırda vəziyyət nəzarətdə saxlanılır.

Nazirlik rəsmisi əlavə edib ki, Tacikistan vətəndaşlarına qarşı təzyiqlər də “gündəlik səviyyədə” qeydə alınır və “Krokus”da baş verən terror aktından sonra Əmək Nazirliyinin Rusiya Federasiyasındakı nümayəndəliyinə qarşı hədələr gəlib.

Qeyd edək ki, Krasnoqorskda konsert zalında baş verən terror aktı ilə bağlı Tacikistanda faciəni törədənlərlə əlaqədə şübhəli bilinən 9 nəfər saxlanılıb. Bundan sonra respublika hakimiyyəti əmək miqrantlarının ekstremist icmalara cəlb olunmasının qarşısını almaq üçün onlarla izahat işlərini gücləndirib. Nodiri qeyd edib ki, sosial şəbəkələr vasitəsilə miqrantların işə cəlb olunmasının qarşısının alınmasına xüsusi diqqət yetirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
Xalq artistinin qızı nişanını qaytarıb

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ