Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105117
az

“Boşanmaq üçün son qərarı mən verdim"

12:1530 Mart, 2024
107
CƏMİYYƏT
  • A

Həyat yoldaşı Zaur Cəlillə boşanma ərəfəsində olan müğənni Leyla Rəhimova "7 tamam" verilişində qonaq olub. 

OXU24.COM axşam.az-a istinadən xəbər verir ki, şəxsi həyatından danışan ifaçı ayrılıq qərarlarına ailələrin müdaxilə etmədiyini və son qərarı özünün verdiyini bildirib:

"Heç barışmaq imkanımız yoxdur. Boşanmağımıza az qalıb, artıq sonuncu məhkəmədir. Ailələr ayrılmağımıza qarışmadı. Qərarı özümüz verdik. Son qərarı isə mən verdim. Artıq barışmağın yeri yox idi. Mən elə bir insanam ki, çox güzəşt edirəm. Amma bitdi dedimsə, vəssalam. Ayrılmaq üçün səbəblər üst-üstə toplandı və bu həddə çatdı. İnşallah ki, övladları da böyüdəcəyik, yaxşı olar".

Qeyd edək ki, Zaur ötən ilin sentyabrında "Evliliyimizin yeddinci ilində ayrılmaq qərarına gəldik. Bu da son" deyə, sosial şəbəkədə yazmışdı. 

Leyla tamaşaçılara "O səs Türkiyə" yarışmasından tanışdır. Leyla və Zaur 2016-cı ildə ailə qurub. Müğənninin həyat yoldaşı həm musiqi, həm də idmanla məşğul olur və uzun illərdir xaricdə yaşayır. Leyla da ailə qurduqdan sonra Amerikaya köçmüş və sənətdən uzaqlaşmışdı. Cütlüyün 3 övladı var. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi
Yolda bu xəttə müdaxilə sürücülərin cərimələnməsi ilə nəticələnir - VİDEO
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ