Prezident köhnə "Jiquli"si ilə yorğan-döşək gətirən Sərvərdən danışdı - VİDEO
18 Sentyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
542
30.03.2024, 11:58
"Qafqaz Müsəlmanları İdarəsi məsləhət görür ki, fitrə zəkatı çıxararkən minimum yox, orta məbləğ götürülsə, daha yaxşıdır".
OXU24.COM xəbər verir ki. bunu Oxu.Az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini hacı Fuad Nurullayev bildirib.
Onun sözlərinə görə, bayram axşamı çatanda, əsasən, ailə başçısı fitrə zəkatını çıxarır:
"Bunu ailədə bir nəfər öz öhdəsinə götürür. Ailədəki hər adama görə üç kiloqram düyü və ya buğdanın qiyməti ekvivalentində fitrə zəkatı təyin edilir. Qafqaz Müsəlmanları İdarəsi məsləhət görür ki, bu zaman minimum yox, orta məbləğ götürülsə, daha yaxşıdır. Maddi durumu normal olan ailələrin hər üzvü üçün 10-15 manat məqbul hesab olunur.
Fitrə zəkatının pul şəklində verilməsi daha məsləhətlidir, çünki ehtiyac sahibi onu istədiyi kimi xərcləyər. Amma ərzaq şəklində də təqdim etmək olar. İnsanlar öz qohumları, qonşuları arasında, ümumiyyətlə, ətrafdakı kasıb ailəyə fitrə zəkatını bayram namazına qədər versə, daha yaxşıdır. Amma bayram namazına qədər çatdıra bilməsə, gün ərzində də təqdim edə bilər. Bayram günü evə gələn ehtiyacı olan qonağa da zəkat vermək olar".
Hacı Fuad Nurullayev qeyd edib ki, fitrə zəkatı çıxararkən evdəki qonaqların da sayı nəzərə alınır:
"Bayram ərəfəsində kimsə qonaq gəlibsə və bayram namazına qədər həmin evdə qalıbsa, fitrə zəkatı çıxararkən o da nəzərə alınmalıdır və bu, mütləqdir. Ancaq qonaqlar bayramdan əvvəlki şam namazı daxil olmamış getsələr, yaxud da bayram namazından sonra gəlsələr, onlara görə fitrə zəkatını çıxarmağa ehtiyac yoxdur".
İlahiyyatçı kimlərin fitrə zəkatından azad olduqlarını da açıqlayıb:
"Başqalarına möhtac olan insanlar, ailəsini güclə dolandıranlar fitrə zəkatı verməyə bilərlər. Onlar zəkat vermək əvəzinə dua və zikrlər edə bilərlər".
Qeyd edək ki, Ramazan ayı martın 11-də başlayıb. Şəvval ayının 1-də, yəni aprelin 10-da Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkədə iki gün - aprelin 10-da və 11-də bayram günləridir.
00:55 / 19 Sentyabr 2026
36
23:59 / 18 Sentyabr 2026
73
23:49 / 18 Sentyabr 2026
58
23:37 / 18 Sentyabr 2026
57
23:19 / 18 Sentyabr 2026
197
23:02 / 18 Sentyabr 2026
85
22:45 / 18 Sentyabr 2026
93
22:29 / 18 Sentyabr 2026
185
22:17 / 18 Sentyabr 2026
65
22:05 / 18 Sentyabr 2026
99
21:56 / 18 Sentyabr 2026
91
21:52 / 18 Sentyabr 2026
80
21:31 / 18 Sentyabr 2026
95
21:20 / 18 Sentyabr 2026
85
21:19 / 18 Sentyabr 2026
83
21:08 / 18 Sentyabr 2026
102
20:58 / 18 Sentyabr 2026
173
20:49 / 18 Sentyabr 2026
371
20:47 / 18 Sentyabr 2026
87
20:44 / 18 Sentyabr 2026
70
20:29 / 18 Sentyabr 2026
72
20:27 / 18 Sentyabr 2026
1804
20:24 / 18 Sentyabr 2026
211
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.