Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104855
az

3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOlar

19:0025 Mart, 2024
137
CƏMİYYƏT
  • A

Türkiyədə qadın əməliyyatdan sonra ölüb.

OXU24.COM  lent.az-a istinadən bildirir ki, hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 uşaq anası olan 42 yaşlı Ahu Gültəkin 9 saatlıq estetik əməliyyatından sonra dünyasını dəyişib.

Məlumata görə, qadın hadisədən 1.5 ay əvvəl narkoz qəbul edərək 10 diş implantı etdirib. Daha sonra o, martın 22-də estetik əməliyyat üçün razılaşıb. Ancaq qadını martın 11-i üçün əməliyyata salacaqlarını deyiblər. Mərhumun qardaşı Mustafa Gültəkinin iddiasına görə, 3 saatlıq əməliyyat 9 saata yekunlaşıb. Qadın əməliyyatdan dərhal sonra ayaqyoluna getmək istəyib və yolda yıxılıb. Reanimasiyaya yerləşdirilən xəstə 5 gün sonra ölüb.

Qardaşının sözlərinə görə, əməliyyata professor doktor İ.Ö. girməli olsa da, onun asistanı F.G. prosesi həyata keçirib. Həmin asistanın azərbaycanlı olduğu bildirilir.

Mustafa Gültəkinin sözlərinə görə, bacısına 1.5 ay ərzində ikinci narkozun verilməsi onun ölümünə səbəb olub. Belə ki, ikinci narkozdan sonra qadının ürəyi dayanıb.

3 uşaq anası olan mərhumun meyiti məhkəmə-tibbi ekspertizasından sonra Sivasda torpağa tapşırılıb.

Hazırda ailəsinin şikayəti əsasında prokurorluq araşdırmalara başlayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İqtisadiyyat və maliyyə nazirlərlərinə yeni səlahiyyəti verildi
Kanalda batan yeniyetmənin meyiti tapıldı
Azərbaycanda bu zavod bağlanır

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü