Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104579
az

Ramazan ayında ruhumuzun qidası Allahın zikridir - İlahiyyatçı/ÖZƏL

10:5419 Mart, 2024
123
CƏMİYYƏT
  • A


"Hər ibadət ruhun ayrı bir qidasıdır. Həqiqi mənada tutulan orucun verdiyi feyz və ruhaniyyət isə çox qiymətlidir. Orucun əsl həqiqəti onun mənəvi, əxlaqi və ictimai dəyərlərində gizlidir. Belə ki, oruc – nemətlərin qədrini bildirərək könüllərdəki şükran duyğularını dərinləşdirir."

Bu fikirləri "İki sahil"ə açıqlamasında Sumqayıt Cümə məscidinin imamı, ilahiyyatçı hacı Gülağa İsmayılov bildirib.

İlahiyyatçı vurğulayıb ki, oruc gözəl əxlaq, təqva, ixlas  və səbir təlimidir: "Nəfsin istəklərini tənzimləyə bilmə iradəsinin qazanılmasıdır. Nəfsaniyyəti cilovlayaraq ruhaniyyətə səviyyə qazandırmaqdır. Ramazan ayında bəlli bir müddət mədəmiz ac qalır, ağlımız, ruhumuz, vicdanımız, qəlbimiz isə doyur. Ramazan ayı ağlın, ruhun, vicdanın, qəlbin ən çox doyduğu, qidalandığı aydır. İnsan ac qaldıqca, ya da az yedikcə düşünmək imkanı artır, ehtiyac ağılı hərəkətə keçirir, bədən ac qaldıqca ruhun qanadları açılır, qəlb imanla doyur. Allahın Ramazan proqramında QURANİ-Kərim var, Qurani-Kərim Ramazanın ruhudur, ilahi mesaj bu ayda nazil olduğu üçün oruc tuturuq (Tövratın, İncilin, Zəburun da Ramazan ayında nazil edildiyi ilə bağlı rəvayətlər var)."

G.İsmayılov qeyd edib ki, bu ayda ruhumuzun qidası Allahın zikridir: "Quranı-Kərimin bir adı da zikridir. Yəni bu ayın ziyafət süfrsindəki ən ləziz təam Qurani-Kərimdir, Onunla ünsiyyətdir. Onu oxumaq, dərk etmək və göstərişlərinə əməl etmək ruhun ən ehtiyaclı olduğu nemətdir. Uca Allah buyurur: "Bilin və ağah olun, Qəlblər ( Ruhlar) yalnız Allahın zikri ilə aramlıq tapar". Nəticə olaraq deyə bilərik ki, ruhun nəfəsi Allahın zikridir."

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO
Satışda olan saxta məhsulları necə ayırd edək? - VİDEO

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO