Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104497
az

"VMF" işçilər axtarır - MAAŞ 1000-2200 MANAT

00:0117 Mart, 2024
342
CƏMİYYƏT
  • A

VMF

B2B Satış meneceri
 Son tarix 15 apr 2024 [email protected]
İş barədə məlumat:
Şirkət məhsullarının satışını təşkil etmək.
Bazar araşdırmaları etmək, rəqib şirkətləri araşdırmaq.
Yeni və potensial müştəriləri müəyyənləşdirmək və işgüzar əlaqələr yaratmaq.
Şirkətin məhsullarını  müştərilərə yüksək səviyyədə təqdim etmək.
Cari sifarişləri nəzarətdə saxlamaq.
Günlük, həftəlik və aylıq hesabatları hazırlayıb rəhbərliyə təqdim etmək.
Effektiv satış planlarını hazırlamaq.
Əmək haqqı: (Razılaşma yolu ilə)
İş qrafiki: 6 günlük.
İş saataları:  09:00-18:00 qədər .
Namizədə olan tələblər:

Ali təhsil .
Cins : Kişi .
Yaş həddi 27-40.
Minimum ``B`` kateqoriyalı sürücülük vəsiqəsi olan (Şəxsi nəqliyyatı olmalıdır ).
Korporativ satış üzrə ən azı 2 il iş təcrübəsi.
Aydın nitq, xoş görünüş və təqdimat qabiliyyəti.
Təqdimat hazırlama və təqdimat keçmək bacarığı.
Kompyuter bilikləri : Excel, Word, Power Point, Outlook .
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi e-mail ünvanına  məktubun mövzusunu qeyd etməklə göndərə bilərsiniz və (050)257-80-36 mobil nömrəsinə müraciət edə bilərsiniz.

 

Satış Meneceri
Son tarix 15 apr 2024 - [email protected]

İş barədə məlumat:
Satış strategiyasının hazırlanması.
Müştərilər ilə bağlı bazar araşdırmalarının aparılması.
Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması.
Bazarın tələbinə uyğun olaraq brendlərin planlanması və satış siyasətinin müəyyən edilməsi .
Satış prosesinin təşkili və satış şöbəsinin idarə olunması .
Satış mütəxəssislərinin təlimatlandırılması və  hədəflərin təyin olunması .
Aylıq, rüblük və illik satış hədəflərinə nail olunmasının təmin edilməsi .
Müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təklifləri bildirmək .
Potensial satış nöqtələri ola biləcək məkanları araşdırıb və aşkar  edilməsi .
Bazarın təhlili, müştəriləri , rəqibləri və onların yeni proyektləri  və ideyaları haqqında daim araşdırma aparmaq və informasiya toplamaq.
Görülən işlərə dair gündəlik və aylıq hesabatların birbaşa rəhbərliyə verilməsi.
İş saatı 09:00-dan 18:00-dək ,  həftə içi 6 gün .
Korporativ nömrə ( korporativ paket ).
Əmək haqqı ( maaş namizədin bilik və bacarığına görə təyin olunacaq )  .
İş yeri:  Bakı.Yasamal r.Nəriman Nərimanov prospekti 5
Namizədə tələblər:
Marketinq, iqtisadiyyat, menecment üzrə ali təhsil.
Güclü və ifadəli ünsiyyətçilik.
Yaş həddi: 30-45 yaş arası namizədlər .
Dil bilikiləri : Rus dili və İngilis dili-  əla
İş təcrübəsi: müvafiq sahə üzrə  2 il iş təcrübəsi.
MS Office (Word, Excel, Outlook ,1 C ) proqramlarından istifadə etmək bacarığı.
İşində dəqiqlik və detallara fikir vermək qabilliyyəti.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi e-mail ünvanına və məktubun mövzusunu qeyd etməklə göndərə bilərsiniz.

 

Brend Menecer
 Son tarix 15 apr 2024 [email protected]

İş barədə məlumat:
Brendlər üçün marketinq planlarını hazırlamalı .
Məhsullar üçün hazırlanan kampaniyaları təqibatda saxlamalı.
Bazarın təhlilini aparmalı , məhsulun xüsusiyyətlərini tədqiq etməli , istehlakçıların məhsula münasibətini müəyyənləşdirməli , şirkətin imicinin müntəzəm tədqiqatını aparmalı.
Salonlarda vizual işlərə cavabdehlik daşımalı.
Satış həcmlərini proqnozlaşdırmalı və analiz etməli.
Məhsulların qiymət siyasətinə nəzarət etməli .
Məhsulun sifarişdən ( məhsulun gətirilməsi, mərkəzi anbarda məhsulun işlənilməsi) satış nöqtəsinə çatmasına qədər olan bütün prosesləri vaxtında təşkil etməli.
İş qrafiki : Həftə içi VI gün , saat 09:00-18:00 qədər .
Əmək haqqı : 1000 azn . 
Ünvan:  Bakı ş. Yasamal r. N.Nərimanov  prospekti 5.
Namizədə tələblər:
Ali təhsil ( biznesin idarə olunması,marketinq sahələri üzrə ).
25-45 yaş arası Xanım və ya Bəylər .
İş təcrübəsi müvafiq sahə üzrə minimum 2 il.
Rus dili - əla , İngilis dili - əla .
Excel, Outlook və 1C proqramları biliyi.
Mükəmməl ünsiyyət və problem həll etmək bacarığı.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi e-mail ünvanına və məktubun mövzusunu qeyd etməklə göndərə bilərsiniz .

 

Baş mühasib

Son tarix 15 apr 2024 - [email protected]

İş barədə məlumat:
Maddi, əmək, maliyyə vəsaitlərin qənaətli istifadəsinə və Cəmiyyətin əmlakının qorunmasına nəzarət ;
Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasının təmin edilməsi və maliyyə fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsinin təşkili;
Lazımı hesablamalarla birgə cari və perspektiv maliyyə planların tərtibatı;
Cəmiyyətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatların hazırlanıb rəhbərliyə təqdim olunması;
Daxil olmuş pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunun, onların hərəkətinin dövriyyəsinin, xərclər smetasının hazırlanması, məhsulun satışı, iş və xidmətlərin yerinə yetirilməsinə nəzarət;
Müəssisənin illik büdcəsininin hazırlanmasının təşkili və icrasına nəzarət etmək;
Xərclərin optimallaşdırılması və maliyyə intizamının gücləndirilməsi istiqamətində tədbirlər hazırlamaq və icrasına nəzarət etmək;
Maliyyə nizamına ciddi əməl edilməsi, xərclərin, debitor borclarının, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsi, gündəlik bank qalığının yoxlanılmasına nəzarət edilməsi;
Şirkətlərlə bağlanan müqavilələrin, invoysların və digər maliyyə sənədlərinin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi və prosesə nəzarət edilməsi;
Şirkətin maraqlarını əsas tutaraq, şirkətin maliyyə vəziyyətinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq amillər barədə rəhbərliyin məlumatlandırılması;
Maliyyə hesabatı, müəssisənin fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkili;
Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanmasına, cari sənədlərin unifikasiyasınıa, uçot- hesablama işlərinin effektiv vasitələrinin yeridilməsi işlərinə rəhbərlik edir.
Təşkilatın ödəmə qabiliyyətinin təmin olunması, gəlirliyin qaldırılması, xərclərin azaldılması, həmçinin istifadə olunmayan maddı sərvətlərin əmələ gəlməsinin qarşısının alınması üzrə rəhbərliyə təkliflərin verilməsi;
İmzaladığı sənədlərə şəxsən və şərtsiz məsuliyyət daşıyır;
İş qrafiki həftəlik 6 gün
Əmək haqqı: 2.200 Gross
Tələblər: 
Mühasibatlıq və ya maliyyə ixtisası üzrə ali təhsil
PMS Sertifikatı mütləqdir.
Aidiyyatı sahə üzrə minimum 5 ildən artıq iş təcrübəsi;
Peşəkar səviyyədə Microsoft Office (Excell, Word, Outlook), 1C (8.3) proqramında işləmək qabiliyyəti;
Komandada işləmə və düzgün idarəetmə bacarığı;
Tələbetmə və yönləndirmə bacarığı;
Yüksək analitik qabiliyyəti və problem həll etmə bacarığı;
Beynəlxalq sertifikatların (ACCA F3, F7,) olması əlavə üstünlükdür.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi e-mail ünvanına göndərə bilərsiniz və (050)257-80-36 mobil nömrəsi ilə əlaqə saxlaya bilərsiz.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ
Sabahın havası AÇIQLANDI
Bakıda bu ərazilər plana düşdü: Söküntü başlayır (VİDEO)

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü