Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104378
az

Şamaxıdakı vulkan püskürməsi zəlzələyə səbəb olacaq? - RƏSMİ

19:0914 Mart, 2024
92
CƏMİYYƏT
  • A

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin palçıq vulkanlarının seysmik monitorinq şəbəkəsi 2024-cü il martın 8-də Şamaxı rayonunun Məlikçobanlı kəndində “Məlikçobanlı” palçıq vulkanının növbəti - 5-ci püskürməsini qeydə alıb.

Püskürmə yerli vaxtla saat 18:09-da başlayıb və 3 dəq davam edib.

Vulkan püskürmələrinin zəlzələlərlə əlaqəli olmasını nəzərə alsaq ölkə ərazisində təbii fəlakətlərin baş vermə ehtimalı yaranır. Görəsən, yaxın günlərdə Azərbaycanda ərazisində zəlzələ baş vermə ehtimalı varmı?

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli BAKU.WS-ə bildirib ki, həmin vulkan çox enerjili və güclü püskürən vulkan deyil: "Martın 8-də Şamaxı rayonunun Məlikçobanlı kəndində vulkanın püskürməsi 3 dəqiqəyə qədər davam edib. Palçığın qalxma hündürlüü isə 4-5 metr olub.

Amma ölkəmizdə Daşlı və Lökbatandakı vulkanların hündürlüyü 50 metr olub. Dənizdə baş verən vulkan rayonlardan da görsənirdi. Lakin Şamaxıdakı vulkanın qorxusu yoxdur. Bu vulkanın palçığı təxminən 1 hektar əraziyə tökülüb. Sonradan daha güclü püskürmək ehtimalı da yoxdur.

Bu səbəbdən ətraf ərazidə vulkanın püskürməsi səbəbindən zəlzələnin baş vermə ehtimalı yoxdur. Vulkan püskürməsindən öncə hiss xırda, hiss olunmayan iki zəlzələ qeydə alınıb. Vulkanın oyanmasına bu zəlzələlər də rəvac verib. Çünki vulkanlarla zəlzələlərin genetik əlaqəsi var. Zəlzələdən öncə və sonra püskürmələr ola bilir. Yerdə gedən sıxılma, genişlənmə, layların gərilməsi və enerjinin toplanması bir-birilə bağlıdır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı metrosunda sərnişin öldü
Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO
Üzünüzə küncüt çəkin və effektini görün

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü