Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104347
az

İmsak və iftarda necə qidalanmaq lazımdır?

21:4013 Mart, 2024
131
  • A

Ramazan ayında oruc tutan şəxsin qidalanma rejimi adi günlərdə qidalanmadan tam fərqlənir.

 OXU24.COM  axar.az-a istinadən bildirir ki, əksər insanlar imsak zamanı yeməkdən imtina edirlər.

Lakin gün ərzində suya və qidaya olan tələbatı ödəmək üçün imsakda mütləq yemək lazımdır. Bəs hansı qidaları yesək bizim üçün daha yaxşı olar?

İmsak zamanı süd, pendir, yağ, yumurta kimi yeməklərə üstünlük verilməlidir. 1 stəkan südün mədə boşluğunu hiss etdirmədən insanı 5 saat boyunca tox tutduğu ifadə edilir. Ən az 600-700 ml su içilməlidir. Həmçinin şorba, tərəvəz və zeytun yağlı yeməklərdən də istifadə etmək olar. Çalışmaq lazımdır ki, kəpəkli çörəkdən istifadə edək. İmsak vaxtı çox yağlı və duzlu yeməklərdən uzaq durulmalıdır.
Ətraflı
Ad - 01:24

İftar zamanı isə normadan artıq və fasiləsiz qida qəbul etmək ziyandır.

Ramazan ayı boyunca çalışmaq lazımdır ki, iftarda ilk olaraq duru yemək yeyilsin. Daha sonra toyuq, ət, suda bişmiş yeməklər, düyü, qarabaşaq və buna bənzər təamlar yeyilməlidir. Qəbizliyin qarşısını almaq üçün təzə meyvələr, tərəvəzlər, quru meyvələr, qoz, fındıq, badam kimi çərəzlər yemək daha məsləhətlidir.

Yemək yedikdən sonra televizor, kompüter arxasında oturmaq insanın yediyinin həzminə mane olur. Ən yaxşısı, yemək yedikdən sonra bir az gəzməkdir. Bu, insan orqanizminə daha xeyirlidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı metrosunda sərnişin öldü
Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO
Üzünüzə küncüt çəkin və effektini görün

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü