Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104343
az

Azərbaycanda əhali arasında “tutuquşu” qızdırmasına yoluxma halları artır?

20:0813 Mart, 2024
117
CƏMİYYƏT
  • A

İnsanlar arasında "tutuquşu" qızdırmasına yoluxma halları sürətlə artır. Psittakoz bakteriyasının törətdiyi virusa görə ölüm xəbərləri Avropanı təşvişə salıb. Avstriya, Danimarka, Almaniya, İsveç və Niderlandda artıq 30 yoluxma, beş ölüm faktı təsdiqlənib.

Bəs virusun simptomları nələrdir?

OXU24.COM  Baku TV-yə istinadən bildirir ki, infeksionist Mərdan Əliyev bildirib ki, quş fermalarında işləyən şəxslərdə bu xəstəliyə rast gəlinə bilir:

"Quşlardan insanlara hava yolu ilə yoluxa bilir. Simptomları koronavirusa oxşayır. Qızdırma, titrətmə, sinir-əzələ ağrıları, halsızlıq kimi simptomlar müşahidə edilir. Qorunmaq üçün quşlardan uzaq durmaq lazımdır. Şübhəli hallar olarsa, tənəffüs yollarını qoruyan maskalardan istifadə etmək olar". 

İnfeksionist Vasif Əliyev isə qeyd edib ki, virusun yayılma riski o qədər də yüksək deyil:

"Çünki nəticə etibarilə bu, bakterial infeksiyadır. Azərbaycan üçün təhlükəli vəziyyətin olduğunu düşünmürəm".

Qeyd edək ki, xəstəliyin nadir hallarda insandan insana keçdiyi bildirilir. Mütəxəssislər deyirlər ki, düzgün diaqnoz qoyulduqda virus antibiotiklərlə müalicə edilə bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda bu zavod bağlanır
“Azeri Light” bahalaşdı
İctimai TV-yə yeni direktor müavini təyin edilib

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü