Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104195
az

Bakının mərkəzində NÖVBƏTİ QADAĞA: Hansı problemlər yaranacaq?

17:0511 Mart, 2024
95
CƏMİYYƏT
  • A

Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, sabahdan metronun “28 May” stansiyasının qarşısına şəxsi avtomobillərin girişi qadağan ediləcək.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib. O bildirib ki, bu qərar sərnişin avtobuslarına şamil olunmayacaq.

Nazir müavininin bu açıqlaması sosial mediada geniş müzakirələrə yol açıb. Qeyd olunub ki, şəhərin bütün ərazisini pullu parkinq etmək, avtomobil saxlamaq üçün yer qoymamaq fonunda növbəti qadağaların tətbiqi əlavə problem yaradacaq. Müzakirələrdə iştirak edən şəhər sakinlərinin qənaətincə, paytaxtın hər yerində dayanma-durma qadağandır işarəsinin qoyulması, bahalı pullu parkinqin tətbiqi nəqliyyat sıxlığı problemini həll etməkdən daha çox, sərfəli biznes təəssüratı yaradır. Vətəndaşlar ictimai nəqliyyatın acınacaqlı durumda olmasına da diqqət çəkiblər.

Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı Medianews.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib ki, metronun “28 May” stansiyasının qarşısına şəxsi avtomobillərin girişinin qadağan edilməsi düzgün addımdır.

Ekspertin sözlərinə görə, bu, vətəndaşların həmin ərazidə sərbəst hərəkətinə, həmçinin bir yerdən digər istiqamətlərə daha rahat getməsinə səbəb olacaq: “Əslində bu xəbər yaxşı bir xəbərdir. Şəhərin mərkəzində “28 May” stansiyası bir qovşaqdır. Burada insanların həm piyada, həm də ictimai nəqliyyatla daha rahat hərəkət etmələri üçün şərait yaradılmalıdır. İndiki halda isə bura xaosdur. Bu, şəhərin ən bahalı resursunun qeyri-səmərəsiz istifadəsinə dair əyani sübutdur. Lakin, qadağanın tətbiq edilməsi, məhdudlaşdırma tədbirləri vətəndaşların həmin ərazidə sərbəst hərəkətinə, həmçinin bir yerdən digər istiqamətlərə daha rahat getməsinə səbəb olacaq. Parkinq onsuz da çəkindirici alətdir və parklanmanın ilkin 15 dəqiqəsi pulsuzdur. Zona saatlıq parkinq məhz sürücüləri şəhər mərkəzinə avtomobillə gəlməkdən çəkindirən bir alətdir”.

Ekspert vurğulayıb ki, Tbilisidə parkinq qiymətləri Bakıdakından daha yüksəkdir: “Bakıdakı parkinq qiymətləri o qədər də yüksək deyil. Qonşu Tbilisidə zonasına görə parkinq Bakıdan daha bahadır. Əgər bizim paytaxtımızda parkinq 1 manatdırsa, Tbilisidə bu, təxminən 1 manat 80 qəpikdir. Qiymətlərə yanaşmada bu müqayisəyə və reallıqlara diqqət yetirmək lazımdır. Dayanıqlı şəhərin mobillik prinsiplərinə əsasən, pakinq qiymətinin fərqli zonalar üzrə tətbiqi ilkin çəkindirici alətdir. İkinci alət isə şəxsi avtomobilləri əvəzləyəcək ictimai nəqliyyatın çeşidli növlərinin üstünlüyünün təmin edilməsidir. Metronun “28 May” stansiyasının qarşısına şəxsi avtomobillərin girişinin qadağan edilməsi və ictimai nəqliyyatın rahat hərəkətinin təmin edilməsi məhz bu ikinci, yəni təkmilləşdirici alətdir. Bu o deməkdir ki, şəhərin müəyyən hissələrində yalnız ictimai nəqliyyatın hərəkətinə üstünlük veriləcək. Bu da insanların nəqliyyat sıxlığında, tıxaclarda qalmadan avtobuslarla mənzil başına, yaxud əks istiqamətə vaxtında çatmasına xidmət edir. Bütün bunlar kompleks halda icra olunduqda, biz daha rahat şəhərə sahib olacağıq”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər... - VİDEO
İqtisadiyyat və maliyyə nazirlərlərinə yeni səlahiyyəti verildi
Kanalda batan yeniyetmənin meyiti tapıldı

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü