Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104077
az

"Qərbin riyakar oyunları və saxta ssenarilərindən agahıq"

21:5008 Mart, 2024
106
CƏMİYYƏT
  • A

Azərbaycanda media azaddır və media sahəsində fikir müxtəlifliyi, fəaliyyət azadlığı tam təmin edilib. Bölgə ilə bağlı sağlam niyyətlər güdməyən bir sıra Qərb dairələri isə öz maraqları naminə məhz bu azad mühitdən sui-istifadə etməyə çalışır. Ən sınanmış üsul isə dolayı yolla media qurumları və QHT-lər təsis edərək təxribatçı niyyətlərlə onları alətə çevirməkdir.

Bunu  açıqlamasında Bəhruz Məhərrəmov deyib.

O, təəssüflə bildirib ki, məhz bu çərçivədə ölkədə bəzi media qurumları "beşinci kolon" funksiyasını yerinə yetirərək bir sıra Qərb dövlətləri və təsisatlarının, o cümlədən USAID başda olmaqla, təcavüzkar mahiyyətə malik bir sıra Qərb fondlarının təsir aləti kimi çıxış etməkdədir.
Ətraflı

"Elə bu günlərdə barələrində aidiyyəti hüquqi addımlar atılan media strukturlarının fəaliyyətinə diqqət etsəniz, yalnız qızışdırıcı, qərəzli, vətəndaşlarda dövlətinə qarşı inamsızlıq təlqin edən, milli və ailə dəyərlərini hədəfə alan fəaliyyət xətti çox aydın şəkildə sezilir. Məlumdur ki, Azərbaycanın hərbi-siyasi qələbələri neoimperializmi fiziki sərhədlərimizdən kənar tutmağa imkan verdi, lakin Qərbin təcavüzkar dairələri Qafqazda məğlubiyyətlə belə tezliklə barışmaq niyyətində deyil və cənab İlham Əliyevin andiçmə mərasimində də dediyi kimi, onların bizdən belə tezliklə əl çəkməyəcəklərini bilirik. Hərb və diplomatiya müstəvisində məğlubiyyətin ardınca həmin dairələr ölkədə kök salmış şəbəkələrini, xüsusən muzdlu medianı işə salaraq Azərbaycan daxilində təzyiq mühiti formalaşdırmağa cəhd edirlər. Bu, sınanmış üsuldur və rəngli inqilablar, ərəb baharları, elə Cənubi Qafqazda yaşanmış bir neçə ardıcıl çevrilişlər məhz bu üsulla realizə edilib. Heç şübhəsiz ki, biz Qərbin riyakar oyunları və saxta ssenarilərindən agahıq və istənilən ssenariyə hazırıq", - deputat qeyd edib.

B.Məhərrəmov əlavə edib ki, qalib dövlət olaraq milli təhlükəsizlik məsələləri Azərbaycan üçün prioritetdir: "Biz Qərbin "beşinci kolon" vasitəsilə milli təhlükəsizliyimizi təhdid etməsinə də imkan verə bilmərik. Yəni necə ki, əvvəllər, eləcə də indi və gələcəkdə fəaliyyətini Qərbin muzdlu sifarişləri əsasında quran media və QHT-lərə stabilliyi pozmağa imkan verilməyəcək. Bu mənada, ölkədə səhihliyi şübhə doğurmayan faktlara və təkzibedilməz dəlillərə əsaslanaraq bəzi media qurumları və şəxslər barəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri heç bir formada media və ifadə azadlığı kontekstində qiymətləndirilə bilməz.

Bizim məqsədimiz şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaqdır. Son addımlar da ona yönəlib ki, cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağı, şübhəli və ya təqsirləndirilən şəxslərin təqsirli olub-olmamağı müəyyən olunsun. Bu istiqamətdə də cinayət təqibi ilə bağlı bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılır. Əlbəttə, bu tip media qurumları daha çox Qərbin təsir aləti kimi formalaşdığı üçün onlar barəsində görülən qanuni və hüquqi tədbirlər ətrafında Qərbin qeyri-adekvat davranışları bizim üçün gözlənilməz olmadı. Aydındır ki, verilən reaksiyalar öncədən ssenarisi hazırlanan anti-Azərbaycan kampaniyanın bir hissəsidir. Lakin heç kəs unutmamalıdır ki, Azərbaycan suveren haqları və milli maraqlarını hədəfə alan istənilən cəhdin qarşısını almaqda qərarlıdır və hüququn aliliyi çərçivəsində qətiyyətli addımlarına bundan sonra da davam edəcək".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı metrosunda sərnişin öldü
Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO
Üzünüzə küncüt çəkin və effektini görün

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü