Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104010
az

Rusiyalı nazir: COP29-un uğuruna tam əminik

16:1007 Mart, 2024
102
CƏMİYYƏT
  • A

Rusiya COP29-un uğuruna tam əmindir, lakin bunun baş verməsi üçün çox iş görülməlidir.

OXU24.COM  APA-ya istinadən bildirir ki, bu barədə Bakıda Azərbaycanın iqtisadiyyat nazirliyi Mikayıl Cabbarov ilə görüşün nəticələrinə görə keçirilən brifinq zamanı Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib.

İqlim gündəliyi mövzusu bizim üçün çox vacibdir, çünki bu il Azərbaycan COP29-a liderlik edir. Bu, böyük bir iqlim konfransıdır (...) Biz COP29-un uğuruna tam əminik, lakin buna nail olmaq üçün hələ çox iş görülməlidir", - nazir qeyd edib.

Onun sözlərinə görə, iqlim və iqtisadiyyat məsələləri bir-birinə son dərəcə bağlıdır. Bu halda söhbət enerji resurslarının əlçatanlığından, ticarət maneələri məsələlərindən gedir. Buraya Paris sazişi çərçivəsində qarşıya qoyulmuş məqsədlərini yerinə yetirmək məsələsi də daxildir.

"Biz inkişaf etmiş bazarların, inkişaf etməkdə olan ölkələrin, karbohidrogen ixracatçılarının və "yeni" enerji texnologiyalarının təchizatçılarının çox fərqli maraqları arasında kompromis tapmaq üçün əsas kommunikator kimi Azərbaycanın qarşısında duran çətin vəzifəni başa düşürük", - Maksim Reşetnikov vurğulayıb.

O əlavə edib ki, bu kontekstdə dialoq və daimi ünsiyyət çox vacibdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB
Ət yenə bahalaşacaq? - AÇIQLAMA / VİDEO
Soğanda gizli təhlükə: yeyərkən edilən bu səhv zəhərlənməyə səbəb olur

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı