Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104008
az

Şəfiqə Nağıyeva və Aydın Xan yenə efirdə DALAŞDILAR - VİDEO

16:0207 Mart, 2024
107
CƏMİYYƏT
  • A

Vəkil Şəfiqə Nağıyeva və kulturoloq, yazıçı Aydın Xan Əbilov arasında efirdə yenidən qalmaqal yaşanıb.

OXU24.COM  bildirir ki, tərəflər ekspert qismində iştirak etdikləri "Təsir dairəsi" ictimai-sosial verilişində qarşı-qarşıya gəliblər.

Belə ki, Arzu adlı bir qadın qucağında Hüseyn adlı körpəsi ilə yardım üçün proqrama pənah gətirib. Qadının ailə dramı müzakirə olunarkən, Aydın Əbilov "Həmin qadın  rayonda yaşayan Vəfadar adlı kişi ilə evləndikdən sonra bilirdi ki, onunla birlikdə qayıdacaq Bakıya" sözləri Nağıyevanı özündən çıxarıb.
Vəkil "Bakıda yel əsib, qoz tökülüb? Bu Bakıda axı nə var ki? Hamı gəlir buraya... Bakıda artıq yer yoxdur. Birazdan Bakıda torpaq çökəcək. Nə var axı Bakıda? Avtomobillərin əlindən evimizə gedib çıxa bilmirik. Bunu siz işsizliklə əlaqələndirə bilməzsiniz. Rayonda torpaq var, get, ək, becər. Axı niyə torpaqda məhsul becərmirsən? Durub gəlirsiniz Bakıya. 

Mən 1 yaşımda şəhərə gəlmişəm. Hamı Bakıya qaçır. Rayon da bizimdir, Bakı da bizimdir. Əgər rayonda əkin-biçin olmayacaqsa, məhsul yetişdirilmirsə, o zaman xalqımız nə ilə dolanacaq? Ağzımızı açıb gözləyəcəyik ki, xaricdən məhsul gəlsin, biz də yeyək? Zəhmət çəkmək lazımdır. Əgər qismət rayondadırsa, əkib-becərməlidir" sözlərini dilə gətirib.

Ş.Nağıyevanın bu sözlərinə Aydın xan bir neçə dəfə müdaxilə edərək, yüksək səslə onun fikirləri ilə razılaşmadığını bildirib.

Efirdə yaşanan qərgin anları sizə təqdim edirik:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
Xalq artistinin qızı nişanını qaytarıb

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ