Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103992
az

II Bakı Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə üzrə Konfrans keçirilib

12:0907 Mart, 2024
284
CƏMİYYƏT
  • A

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC korporativ sosial məsuliyyət və dayanıqlı inkişafla bağlı daha bir önəmli tədbirə dəstək olub. 

Oxu24.com  xəbər verir ki, şirkət növbəti dəfə II Bakı Beynəlxalq Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə üzrə konfransın (ESG) baş sponsoru qismində çıxış edib. 

“Yaşıl Dünya Uğrunda Həmrəylik İli” və Bakı şəhərində baş tutacaq COP-29-a həsr edilən konfransın keçirilməsində əsas məqsəd iqtisadiyyatın müxtəlif sahələrində və cəmiyyətdə dayanıqlı inkişafın reallaşdırılmasına nail olmaq üçün qabaqcıl təcrübə və innovativ ideyaların mübadiləsi üzrə platformanın yaradılmasıdır. 

Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri, aparıcı ekspertləri, deputatları, sənaye liderlərini bir araya gətirən konfransda Korporativ Sosial Məsuliyyət (KSM), biznes etikası, yaşıl iqtisadiyyata keçid və ESG təcrübələrinin tətbiqi, iqlim dəyişikliyi və digər aktual mövzular müzakirə olunub.

Konfransda “Azərlotereya”nın ölkəmizin inkişafında önəmli rola malik uğurlu KSM təcrübəsi paylaşılıb, şirkətin həyata keçirdiyi “Hər şey Qarabağ üçün” və “Əmanətə sədaqət” layihələri iştirakçıların marağına səbəb olub. Qeyd olunan layihələr əsasında işğaldan azad edilən ərazilərin bərpasına və dirçəlişinə dəstək göstərilməsi, vətən uğrunda canlarından keçmiş şəhidlərimizin övladlarının təhsil və yaşam xərclərinin qarşılandığı vurğulanıb.        

Tədbir “Azərlotereya”nın İdarə Heyətinin sədri Osman Karakuş çıxış edərək müxtəlif prioritet mövzular üzrə örnək olan KSM təşəbbüslərin icra olunması üçün konfransın məqsədlərini və fəaliyyətini yüksək qiymətləndirib. Vurğulayıb ki, “Azərlotereya” fəaliyyətində hər zaman sosial və ictimai məsuliyyət prinsiplərinə riayət edərək cəmiyyətin inkişafına nail olmaq üçün strateji layihələr hazırlayır, ölkə əhəmiyyətli tədbirlərin təşkilinə daim dəstək olmaq yolunda addımlayır.

Konfrans müxtəlif maraqlı panel çıxışları ilə davam edib.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabahın havası AÇIQLANDI
Bakıda bu ərazilər plana düşdü: Söküntü başlayır (VİDEO)
Hövsanda iki avtomobil toqquşub, xəsarət alan var

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü