Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103625
az

“Orada maaşlar bir neçə dəfə yüksək olacaq”

14:3529 Fevral, 2024
86
CƏMİYYƏT
  • A

"Qarabağ Universitetində maaşlar orta göstəricidən bir neçə dəfə yüksək olacaq".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu ali məktəbdə təhsil ödənişsiz olacaq:

"Ən yaxşı tələbələri bura aparmaq üçün yüksək bal toplayanlara təqaüdlər veriləcək".

O bildirib ki, yaxın 5 ildə Qarabağ Universitetində tələbə sayının 5 min nəfərə çatdırılması planlaşdırılır. Növbəti tədris ilindən fəaliyyyətə başlayacaq Qarabağ Universitetində ilkin mərhələdə bakalavriat səviyyəsi üzrə 1000-ə yaxın tələbənin qəbulu gözlənilir. 

"Universitetdə ilk mərhələdə 6 fakültə, 20 ixtisas üzrə tədris aparılacaq. Növbəti illərdə ixtisasların sayının artırılması planlaşdırılır" - deyə nazir qeyd edib.

Emin Əmrullayev onu da əlavə edib ki, Qarabağ Universitetində tələbələr ilk illərdə dövlət hesabına təhsil alacaq, sosial tədbirlərlə əhatə olunacaq, əlavə təqaüdlər və ödənişsiz yataqxana ilə təmin olunacaqlar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Bahar taksi sürücülərinə səsləndi:

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Oğurladıqları kartla alış-veriş etdilər